İlham Əliyev Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım etdi
Daxili siyasət
03.10.2025 20:58
Azərbaycan Prezidenti İlham Əliyev 3 Oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı sosial media hesablarında paylaşım edib.
TodayPress TV xəbər verir ki, paylaşımda deyilir:
"3 Oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür. Məhz bu gün 2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulmuşdur. Bu əlamətdar gün münasibətilə Türk dünyasını səmimi qəlbdən təbrik edirəm. Türk dünyası bizim ailəmizdir! Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir. Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə, Türk xalqları arasında həmrəyliyin daha da möhkəmlənməsinə böyük töhfə vermişdir. Azərbaycan Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan da sonra davam etdirəcək. Qardaşlığımız əbədidir!"
tag: İlham Əliyev,Türk Dövlətlərinin Əməkdaşlıq Günü , Prezident, todaypress.tv,
