“İƏT Həftəsi” çərçivəsində ilk dəfə Laçında Qadınlar Forumu keçiriləcək

Daxili siyasət

30.06.2025 12:22

İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq “İƏT Həftəsi” çərçivəsində Laçın şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Qadınlar Forumu keçiriləcək. 

Bu barədə TodayPress TV-yə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib

Forumun əsas məqsədi qadınların insan inkişafının bütün sahələrində imkanlarının artırılması üçün İƏT ölkələri arasında sektorlararası əməkdaşlığı təşviq etmək, eləcə də İƏT regionu boyunca dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin formalaşmasında qadınların rolunu vurğulamaq və gücləndirməkdir. 

Forumda iqlim davamlılığı üçün insan inkişafında qadınların rolu, təhsil vasitəsilə qızlar və qadınlar üçün imkanların artırılması, rəqəmsal inklüzivlik: innovasiyalar və təcrübə mübadiləsi və digər mövzular müzakirə olunacaq. 

Forum, eyni zamanda İƏT regionunun müxtəlif ölkələrindən və aidiyyəti beynəlxalq tərəfdaş qurumlardan olan qadın rəhbərlər arasında dialoq, əməkdaşlıq və təcrübə mübadiləsi üçün pltaforma rolunu oynayacaq.

tag: İƏT,Həftə,Laçın,Ailə,Qadın,Uşaq,Komitə,Todaypress.tv,