Əfv Komissiyasının iclasları yekunlaşdı - YENİLƏNDİ

Daxili siyasət

16.05.2025 17:38

11

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 7-ci və sonuncu iclası keçirilib.

TodayPress xəbər verir ki, bu barədə komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

O bildirilib ki, iclasda 100-dən artıq müraciətə baxılıb. Bununla da komissiyaya daxil olan müraciətlərə baxılaraq bu il üçün iclaslara yekun vurulub.

Müsbət rəy verilənlər müraciətlər siyahısı ölkə Prezidentinə təqdim ediləcək. Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə keçirilən iclaslarda ümumilikdə 800-dən çox müraciətə baxıb. 

***

09:38

Bu gün - mayın 16-da Prezident yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.

TodayPress xəbər verir ki, bu, komissiyanın 2025-cü il üzrə sayca 7-ci toplantısı olacaq.

İclasda əfvlə bağlı müraciətlərə baxılacaq. Komissiya bu gün işini yekunlaşdıracaq və əfvi mümkün olan şəxslərin siyahısının hazırlanması başa çatacaq.

Siyahı Prezident İlham Əliyevə təqdim olunacaq. Kimləri əfv etmək dövlət başçısının səlahiyyətində olan məsələdir.

Qeyd edək ki, Prezident yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclas aprelin 23-də baş tutub.

Bu günə qədər komissiya 700-dən çox müraciətə baxıb. Xatırladaq ki, komissiyanın iclasları adətən, mühüm tarixi günlər münasibətilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.

tag: Əfv Məsələləri Komissiyası,Əfv,Müraciət,İclas,Todaypress.tv,