Dövlətə məxsus səhmdar cəmiyyətlərin səhmlərinin yerləşdirilməsi prosesi sadələşdiriləcək

Daxili siyasət

23.05.2025 13:16

3

Parlament dövlətə məxsus səhmdar cəmiyyətlərinin səhmlərinin yerləşdirilməsi prosesinin sadələşdirilməsini ilk oxunuşda qəbul edib. 

TodayPress TV xəbər verir ki, bununla bağlı "Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. 

Qanun layihəsinə əsasən, bundan sonra dövlətə məxsus səhmdar cəmiyyətlərinin yeni səhmlərini dövlət orqanları (qurumları) və yaxud bütün səhmləri dövlətə məxsus digər səhmdar cəmiyyətləri əldə ediləcəyi təqdirdə həmin qiymətli kağızlar Mərkəzi Bankın onların buraxılışını dövlət qeydiyyatına alması ilə yerləşdirilmiş hesab ediləcək. 

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

tag: Milli Məclis,Plenar İclas,Yaz Sessiyası,Layihə,TodayPress.tv,