Baş prokuror: "Vaşinqton görüşü Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması baxımından tarixi dönüş nöqtəsidir"
Daxili siyasət
22.08.2025 13:38
Vaşinqton görüşü Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması baxımından tarixi dönüş nöqtəsidir.
TodayPress TV xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda Laçın rayonunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanması bu ilin ən mühüm hadisələrindən biridir:
"Bu hadisə Azərbaycanın beynəlxalq aləmdə suveren hüquqlarının tam şəkildə tanınmasının təsdiqidir. Bu diplomatik uğur ölkəmizin artan nüfuzunun, Prezident cənab İlham Əliyevin qətiyyətli və hərtərəfli siyasətinin nəticəsidir".
tag: Baş Prokurorluq,Tədbir,Qlobal,İclas,Todaypress.tv,