Baş nazir gələn ilin büdcə layihələri ilə bağlı qərar imzaladı

Daxili siyasət

29.09.2025 13:16

Baş nazir Əli Əsədov 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycanın 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında qərar imzalayıb.

TodayPress TV xəbər verir ki, qərarla "Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" bəyənilib.

Qərarın 1-ci hissəsində qeyd olunan layihələr "Büdcə sistemi haqqında" qanunun 12-ci maddəsində nəzərdə tutulmuş digər sənədlərlə birlikdə Azərbaycan Prezidentinə təqdim edilməsi qərarı alınıb.

TodayPress TV 

tag: Baş nazir,Əli Əsədov,Tarif,Büdcə,Todaypress.tv,