"Azərbaycan beynəlxalq sertifikata layiq görülüb"

Daxili siyasət

24.09.2025 10:46

Son illərdə baş verən hadisələr fonunda statistikanın üzərinə məsuliyyət düşür.

TodayPress TV xəbər verir ki,  bunu Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri, YAP sədrinin müavini Tahir Budaqov “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, son illərdə baş verən hadisələr fonunda statistikanın üzərinə mühüm məsuliyyət düşür.

Sədr vurğulayıb ki, milli və qlobal çağırışlara layiqincə cavab verməyi özünə borc bilən Milli Statistika sistemi inkişaf etməkdə davam edir.

"Azərbaycanda statistika sisteminin formalaşdırılması Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bağlıdır. Yeni statistika sahələrinin yaradılması, idarəetmədə keyfiyyətin gücləndirilməsi və mühüm tədbirlərin həyata keçirilməsi nəticəsində ölkəmizin statistikası beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib və yerli statistika beynəlxalq uyğun sertifikatına layiq görülüb".

Türkan İsgəndərli

TodayPress TV

tag: Tahir Budaqov ,YAP,Forum,Çıxış,Todaypress.tv,