Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Cəmiyyət
01.09.2025 12:46
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli sentyabrın 4-ü saat 15:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər.
Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 70) 405 01 85 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
tag: AQTA,Qoşqar Təhməzli,Vətəndaş qəbulu,Todaypress.tv,
 
        
 
                                ![7 marşrut üzrə keçirilən [[müsabiqələrin qalibləri]] müəyyən edildi](/uploads/news/68b0470b9612c.webp) 
                                            ![Yeniyetmələr arasında aqressiya halları niyə artıb? [[– MÜTƏXƏSSİS RƏYİ]]](/uploads/news/6866639995884.webp) 
                                            ![Nəsimi prokurorluğunda [[Qarabağ Universitetinin tələbələri ilə görüş]] keçirildi](/uploads/news/68303b05a478b.webp) 
                                            ![Konstitusiya Məhkəməsi Palatasının [[növbəti iclası]] keçirildi](/uploads/news/687a586dc12ef.webp) 
                                            ![Hörmüz boğazının bağlanması [[Azərbaycana]] necə təsir edəcək?](/uploads/news/68592d954c848.webp) 
                                            ![[[Günün ULDUZ FALI:]] Kimlər sevgi, kimlər iş həyatında xoş xəbər alacaq?](/uploads/news/688725d6c0c20.webp) 
                                            ![Baş prokuror [[Naxçıvan Muxtar Respublikasında]] vətəndaşları qəbul etdi](/uploads/news/68cbf50061dbf.webp) 
                                            ![Gələn ayın qeyri-iş günləri [[- TƏQVİM]]](/uploads/news/68fa0b46d1188.webp) 
                                            ![Mənzilini kirayə verənlər vergi ödəyəcək: [[Yeni qanun nə vəd edir?]]](/uploads/news/68fb50f1d08f0.webp) 
                                            !["Zülfi Hacıyev" kran gəmisinin [[əsaslı təmiri]] başa çatdı](/uploads/news/68ca647aa8dfc.webp) 
                                            