Ombudsman aparatının üzvləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında monitorinq apardı
Cəmiyyət
24.09.2025 13:05
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında 10 sentyabr 2025-ci ildən taksi xidmətinin həyata keçirilməsi sahəsində tətbiq edilən xüsusi tarif siyasəti nəticəsində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb.
TodayPress TV xəbər verir ki, monitorinq nəticəsində müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur.
Tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir.
Ombudsman tərəfindən vətəndaşların konstitusion hüquqlarının təmini, tariflərin şəffaf və ədalətli mexanizm əsasında formalaşdırılması, bütün lisenziyalı taksi xidmətləri üçün bərabər imkanların yaradılması, rəqabət mühitinin qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına monitorinqin nəticələri ilə bağlı müraciət ünvanlanacaqdır.
tag: Ombudsman,Aparat,Monitorinq,Hava limanı,Todaypress.tv,
 
        
 
                                ![Dövlət Komitəsi [[“Vətəndaş iştirakçılığının təşkili” mövzusunda]] seminar keçirdi](/uploads/news/6874e9e2d3a93.webp) 
                                             
                                            ![Nəsimi və Suraxanıda [[qaz]] olmayacaq](/uploads/news/6875e6e397419.webp) 
                                            ![Bölgələrdə yağıntılı hava şəraiti davam edir [[- FAKTİKİ HAVA]]](/uploads/news/68637f51865f3.webp) 
                                            ![Bakı və Şamaxıda Nəsimi festivalına [[hazırlıqlar başladı]]](/uploads/news/68b566ae6bc6a.webp) 
                                            ![33 dərəcə isti olacaq [[- SABAHIN HAVASI]]](/uploads/news/68381f8b5d9c9.webp) 
                                            ![[[DİN:]] Balakəndə dağlarda narkoplantasiya salan silahlı şəxslər saxlanıldı](/uploads/news/68b52d5cc5b06.webp) 
                                            ![Xaçmazda [[yol nişanlanma işləri]] aparılır](/uploads/news/689efb2e50908.webp) 
                                            ![Yağış yağacaq, şimşək çaxacaq [[- SABAHIN HAVASI]]](/uploads/news/68b9542b7cf3e.webp) 
                                            ![38 dərəcə isti olacaq [[- SABAHIN HAVASI]]](/uploads/news/68a589a4e00c5.webp) 
                                            