Mütəxəssis: “Suyun dərman qalıqlarından təmizlənməsi çətindir”
Cəmiyyət
10.09.2025 12:28
“Ümumilikdə üç tip su qrupundan danışmaq olar: içməli su (şirin su), tullantı suları və sənaye suları. Hər bir su növü üçün fərqli parametrlər müəyyən olunub”.
TodayPress TV xəbər verir ki, bunu 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week”də “MEGA a.s.”şirkətinin əsas müştərilərlə iş üzrə meneceri Mixail Yirdasek deyib.
Onun sözlərinə görə, içməli suyun keyfiyyət tələbləri ən yüksəkdir, çünki biz onu hər gün sağlamlığımız üçün istifadə edirik. Buna görə də həmin suyun təmizlənməsi üçün texnologiyaların zəncirvari şəkildə tətbiqi vacibdir.
“Xüsusilə vurğulamaq istəyirəm ki, bu günlərdə suyun bioloji zəhərlərdən, hormonlardan və dərman qalıqlarından təmizlənməsi də çox önəmlidir. İnsanlar çoxlu dərman qəbul edirlər və orqanizmdən xaric olduqdan sonra həmin maddələr suda qalır. Belə suları təmizləmək çətindir. Əvvəl birinci mərhələ təmizlənmə, sonra ikinci və üçüncü mərhələ həyata keçirilir. Hazırda isə əlavə çirkləndiricilərin aradan qaldırılması üçün nadir texnologiyalar tətbiq olunur”,- deyə M.Yirdasek bildirib.
Qiymət Mahir
tag: Mixail Yirdasek,Bakı,Su,həftəsi,Tədbir,Todaypress.tv,