Mixail Yirdasek: “İnsanlar üçün su ehtiyatları çox məhduddur”
Cəmiyyət
10.09.2025 12:19
“İqtisadi artım üçün su vacibdir”.
TodayPress TV xəbər verir ki, bunu 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week”də “MEGA a.s.” şirkətinin əsas müştərilərlə iş üzrə meneceri Mixail Yirdasek deyib.
O bildirib ki, su yoxdursa, yeni sənaye sahələri qurmaq mümkün deyil, çünki hər bir istehsal prosesi suya ehtiyac duyur:
“Keyfiyyətli suya sahib olmaq üçün isə mövcud suların təmizlənməsi zəruridir. Bilirik ki, Yer səthinin təxminən 71-72 faizi su ilə örtülüb. Lakin bu suyun yalnız 3 faizi içməli, yəni şirin sudur. Deməli, insanların istifadəsi üçün əlçatan olan su ehtiyatları çox məhduddur”.
M.Yirdasekin sözlərinə görə, okeanlara çıxışı olan ölkələr üçün vəziyyət nisbətən asandır, çünki onlar dəniz suyundan istifadə edib onu şirinləşdirə bilirlər. Bunun üçün müxtəlif texnologiyalar mövcuddur – məsələn, RO (reverse osmosis), elektrodializ və ya onların kombinasiyası ilə ən yaxşı nəticələr əldə etmək mümkündür.
Qiymət Mahir
tag: Mixail Yirdasek,Bakı,Su,həftəsi,Tədbir,Todaypress.tv,