Lütfi Akca: “Qonşu dövlətlərlə əməkdaşlığı inkişaf etdirməliyik”
Cəmiyyət
11.09.2025 12:37
“Türkiyə həm yuxarı, həm də aşağı hövzədə yerləşir və hər hövzənin özünəməxsus xüsusiyyətləri var”.
TodayPress TV xəbər verir ki, bunu Türkiyə Su İnstitutunun prezidenti Lütfi Akca Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" çərçivəsində təşkil olunan "Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma" adlı panel müzakirələrində deyib.
O bildirib ki, Türkiyə qonşu dövlətlərlə əməkdaşlığı elmi əsaslarla inkişaf etdirməlidir:
“Təcrübə göstərir ki, ölkələrarası münasibətlər zəruridir. Türkiyə bir çox su layihələrini icra edir və bu layihələr su ehtiyatlarının düzgün bölüşdürülməsinə əsaslanır. Suyun daha səmərəli və məsuliyyətli istifadəsi isə hər bir ölkənin borcudur”.
Qiymət Mahir
tag: Lütfi Akca,Professor,Bakı Su həftəsi,Tədbir,Todaypress.tv,