İl ərzində 200 mindən çox daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb

Cəmiyyət

13.08.2025 11:55

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 204.494 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Bu barədə TodayPress TV-yə Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% azdır.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüququnun 37.588-i (18,4 %) ilkin, 166.906-si (81,6 %) isə təkrar qeydiyyatın payına düşür.

7 ayda fərdi yaşayış və bağ evi üzərində – 37.904, mənzil – 52.196, torpaq sahəsi – 106.814, qeyri-yaşayış binası – 1.736, qeyri-yaşayış sahəsi – 5.340, əmlak kompleksi – 417, çoxmərtəbəli yaşayış binası – 84 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 56.114-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-iyul ayları ərzində 145.642 texniki pasport tərtib edilib, 34.196 ipoteka müqaviləsi qeydiyyata alınıb.

tag: İqtisadiyyat,Nazirlik,ƏMDX,Mülkiyyət,Todaypress.tv,