Erkən nikah hallarının qarşısının alınması ilə bağlı tədbir keçirildi

Cəmiyyət

26.05.2025 18:24

4

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan regional filialı tərəfindən “Erkən nikah hallarının qarşısının alınması sahəsində tədbirlərin gücləndirilməsi və maarifləndirmə işinin təşkili” mövzusunda tədbir keçirilib. 

TodayPress TV xəbər verir ki, Şirvan şəhərində keçirilən görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər Polis Şöbəsinin, Şirvan Salyan Regional Təhsil İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müxtəlif QHT-lərin nümayəndələri iştirak ediblər.   

Tədbirin məqsədi erkən nikahların yaratdığı mənfi təsirləri önə çıxararaq, cəmiyyətin bütün təbəqələrində bu məsələyə dair məlumatlılığı artırmaq, aidiyyəti qurumlar arasında vahid və düzgün yanaşma formalaşdırmaq, eləcə də maarifləndirmə tədbirlərinin bu problemin qarşısının alınmasında nə qədər vacib olduğunu vurğulamaqdır.

tag: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,Sosial Xidmətlər Agentliyi,Şirvan-Salyan ,QHT,Todaypress.tv,