Əlilliyi olan şəxslər üçün hüquqi maarifləndirmə tədbiri keçirildi

Cəmiyyət

21.06.2025 10:13

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının nümayəndəsinin, mərkəzin əməkdaşlarının və benefisiarlarının iştirakı ilə “Hüququnu Tanı, Hüququnu Qoru” adlı maarifləndirici tədbir təşkil olunub. 

TodayPress TV xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar keçirilən tədbirdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov çıxış edərək ölkəmizin Konstitusiyası, qoşulduğu beynəlxalq müqavilələr və digər normativ-hüquqi aktlarda təsbit olunmuş insan hüquq və azadlıqları, onların müdafiə mexanizmləri, bu sahədə həyata keçirilən islahatlar, eləcə də Ombudsmanın sosial cəhətdən həssas əhali qruplarından biri kimi, əlilliyi olan şəxslərin sosial-hüquqi müdafiəsi istiqamətində genişmiqyaslı fəaliyyəti barədə ətraflı məlumat verib.

tag: Ombudsman,Tədbir,Əlillik,Şəxslər,Todaypress.tv,

photo