ADY Beynəlxalq sərgidə təmsil olunur
Cəmiyyət
03.06.2025 14:58
“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı Ekspo Mərkəzində keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində (“TransLogistica Caspian”) xüsusi stendlə təmsil olunur.
TodayPress TV ADY-yə istinadən xəbər verir ki, iyunun 4-dək davam edəcək sərgidə səhmdar cəmiyyətin stendinə yaxınlaşan ziyarətçilər ADY-nin beynəlxalq dəhlizlər üzrə yükdaşıma əməliyyatları, Qarabağ və Şərqi Zəngəzurda icra edilən dəmiryol layihələri və infrastruktur quruculuğu, ADY-nin dayanıqlılıq üzrə fəaliyyəti, xidmətləri, tətbiq etdiyi rəqəmsal həllər və Bakı Limanı haqqında ətraflı məlumat ala bilərlər.
Bildirilib ki, sərgidə ziyarətçilər ADY-nin pavilyonuna böyük maraq göstərir.
tag: ADY,Sərgi,Tədbir,Stend,Todaypress.tv,





