Xələf Xələfov İran Prezidentinin müşaviri ilə görüşdü

Xələf Xələfov İran Prezidentinin müşaviri ilə görüşdü
22.10.2025 21:15 Xarici siyasət

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov İran Prezidentinin siyasi müşaviri Mehdi Sənayi ilə görüşüb.

TodayPress TV ”Tasnim"ə istinadən xəbər verir ki, Mehdi Sənayi görüş zamanı iki dövlət və xalq arasında olan dərin dostluq əlaqələrinə toxunub, qarşılıqlı səfərləri və əməkdaşlığı münasibətlərin inkişafında dönüş nöqtəsi adlandırıb.

“Ümid edirik ki, iki ölkə arasında birgə layihələrin daha sürətli icrasına mane olan problemlər həll olunacaq və bu layihələr dəqiqliklə tamamlanacaq”, - Sənayi bildirib.

İran rəsmisi Prezident Məsud Pezeşkianın göstərişinə əsasən, İranın qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla əlaqələrinin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, İran Prezidentinin Bakıya səfərindən sonra əlaqələrdə irəliləyişlər əldə olunub, lakin hələ də bəzi məsələlər öz yerində qalır.

Xələf Xələfov Tehrana səfərindən məmnunluğunu ifadə edib və ölkələrimiz arasında dərin mədəni-tarixi köklərin mövcudluğundan söz açıb.

O qeyd edib ki, dövlət başçılarının iradəsi nəticəsində Azərbaycanla İranda olan təşkilatlar hərtərəfli əlaqələri genişləndirmək üçün maneələri aradan qaldırmağa çalışırlar.

“Birgə komissiyanın iclasının baş tutması, uçuşların sayının artırılması, İran Milli Bankının Bakı filialının fəaliyyətə başlaması, Bakı-Təbriz aviareysinin açılması kimi razılaşmalar həyata keçirilib. Yerdə qalan razılaşmaların icrası üçün də qarşılıqlı əməkdaşlıqla və mövcud maneələrin aradan qaldırılması istiqamətində çalışırıq”, - Xələf Xələfov vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər