Qırğızıstan Prezidenti Azərbaycana səfərə yola düşdü

Qırğızıstan Prezidenti Azərbaycana səfərə yola düşdü
03.07.2025 09:42 Xarici siyasət

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə yola düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə prezident administrasiyasının xarici siyasət şöbəsinin müdiri Saqinbek Abdumutalip məlumat verib.

O bildirib ki, Prezident Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Xankəndi şəhərində keçiriləcək sammitində iştirak etmək üçün iyulun 3-4-də Azərbaycana işgüzar səfərdə olacaq.

Saqınbek Abdumutalip qeyd edib ki, işgüzar səfər zamanı Qırğızıstan tərəfindən Azərbaycan Respublikasının Ağdam rayonunda inşa edilmiş "Aykol Manas" məktəbinin rəsmi açılışı da baş tutacaq.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər