Prezident Türküstanda “Həzrət Sultan” Muzey-Qoruğu ilə tanış oldu

Prezident Türküstanda “Həzrət Sultan” Muzey-Qoruğu ilə tanış oldu
15.05.2026 14:36 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlərlə birlikdə Türküstan şəhərindəki “Həzrət Sultan” Muzey-Qoruğu ilə tanış olub.

TodayPress TV xəbər verir ki, dövlət başçılarına qoruq haqqında məlumat verildi.

Bildirildi ki, “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu 1989-cu ildə yaradılıb. Muzeydəki “Nadir Eksponatlar Zalı” Qazaxıstanın ən əhəmiyyətli muzey və sərgi layihələrindən biridir. Məqsəd orta əsrlər dövrünün nadir tarixi və mədəni irsini qorumaq və təbliğ etməkdir. Muzeydə Türküstanın zəngin tarixi, Türk dünyasının mənəvi irsi və Xoca Əhməd Yasəvi məqbərəsinə aid nadir artefaktlar nümayiş olunur. Hazırda muzey-qoruğun kolleksiyasında 26 mindən çox eksponat var ki, onların da təxminən 80 faizi artefaktdır.

x x x

Sonra Türküstanda yerləşən Xoca Əhməd Yasəvi məqbərəsi ilə tanışlıq oldu. Bura Mərkəzi Asiyanın ən böyük İslam memarlığı abidələrindən biridir və Qazaxıstanın mənəvi rəmzi kimi qəbul edilir. Məqbərə XIV əsrin sonunda görkəmli sufi şair, mütəfəkkir Əhməd Yasəvinin dəfn olunduğu yerdə Əmir Teymurun göstərişi ilə inşa olunub. Vahid memarlıq dizaynına malik bu kompleksdə 35-dən çox müxtəlif təyinatlı otaq yerləşir. Nadir artefaktların saxlanıldığı məqbərə İslam dünyasının mənəvi və mədəni mərkəzlərindən biri hesab olunur.

TodayPress TV

ФОТО

Prezident Türküstanda “Həzrət Sultan” Muzey-Qoruğu ilə tanış oldu — 1
Prezident Türküstanda “Həzrət Sultan” Muzey-Qoruğu ilə tanış oldu — 2
Prezident Türküstanda “Həzrət Sultan” Muzey-Qoruğu ilə tanış oldu — 3
Prezident Türküstanda “Həzrət Sultan” Muzey-Qoruğu ilə tanış oldu — 4
Prezident Türküstanda “Həzrət Sultan” Muzey-Qoruğu ilə tanış oldu — 5
Prezident Türküstanda “Həzrət Sultan” Muzey-Qoruğu ilə tanış oldu — 6
Prezident Türküstanda “Həzrət Sultan” Muzey-Qoruğu ilə tanış oldu — 7
Prezident Türküstanda “Həzrət Sultan” Muzey-Qoruğu ilə tanış oldu — 8
Prezident Türküstanda “Həzrət Sultan” Muzey-Qoruğu ilə tanış oldu — 9
ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Все новости