Nazir müavini İstanbulda COP29-la bağlı keçirilən konfransda iştirak etdi

Nazir müavini İstanbulda COP29-la bağlı keçirilən konfransda iştirak etdi
31.05.2025 08:32 Xarici siyasət

Xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev 30 may 2025-ci il tarixində Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən “COP29 ilə COP30-u birləşdirmə: diplomatiya, fəaliyyət və iqlimə dair qarşıdakı yol” adlı konfransda iştirak edib.

XİN-dən TodayPress TV-ə bildirilib ki, tədbirə İstanbulda akkreditə olunan beynəlxalq təşkilatlar, baş konsulluqlar və beynəlxalq medianın nümayəndələri qatılıb.

Konfrans çərçivəsində baş tutan panel müzakirələrində nazir müavini Y.Rəfiyev ilə yanaşı Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank, Boğaziçi Universitetinin rektor müavini Prof.Dr. Gürkan Selçuk Kumbaroğlu və VAT Enerji şirkətinin baş meneceri Murat Altuğ Karataş iştirak edib.

Tədbirdə çıxış edən nazir müavini Y.Rəfiyev COP29-da qəbul edilən qərarların tarixi əhəmiyyət kəsb etdiyini, xüsusilə iqlim maliyyəsinə dair əldə edilmiş nəticənin BMT sistemində danışıqlar yolu ilə razılaşdırılan ən böyük iqlim maliyyəsi qərarı olduğunu və bunun daha öncəki maliyyə hədəfini üç dəfə artırdığını bildirib. Hazırda isə COP29-dan gələn mandat əsasında Azərbaycan və Braziliya Sədrlikləri tərəfindən iqlim maliyyəsinin 1.3 trilyona qaldırılması ilə bağlı “Bakıdan Belemə Yol Xəritəsi”nə dair hesabatın hazırlanması üzərində iş aparıldığı və həmin hesabatın COP30-da təqdim edilməsinin nəzərdə tutulduğu qeyd edilib.

Nazir müavini tərəfindən Paris Sazişi qəbul edildikdən keçən 10 il ərzində onun 6-cı maddəsi üzrə nəticəsiz qalan danışıqların məhz Bakıda Azərbaycanın liderliyi altında razılaşdırılması və beləliklə, karbon ticarətinə dair mexanizmin fəaliyyətə başlamasının digər mühüm tarixi hadisə olduğu bildirilib.

Danışıqlar istiqaməti ilə yanaşı COP29 Sədrinin Fəaliyyət Planı çərçivəsində mühüm təşəbbüslərin elan edildiyi və onlara qoşulan dövlət və qeyri-dövlət aktorlarının sayının mütəmadi olaraq artdığı diqqətə çatdırılıb.

Həmçinin, nazir müavini Y.Rəfiyev Türkiyənin COP31-ə ev sahibliyi etməyə layiqli namizəd olduğunu vurğulayıb və bu istiqamətdə qardaş dövlətə uğurlar arzulayıb. Növbəti COP-a ev sahibliyi haqqının Türkiyə tərəfindən qazanılması halında, Azərbaycanın özünün uğurlu təcrübəsini qardaş dövlətdən olan həmkarları ilə paylaşmağa və gərəkən dəstəyi verməyə hazır olduğunu qeyd edib.

Səfər çərçivəsində nazir müavini Y.Rəfiyevin Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq üzrə D8 Təşkilatının Baş katibləri ilə ikitərəfli görüşləri baş tutub.


XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər