Meksikalı nazir: Mexikonun tarixi mərkəzinin bərpası prioritetdir

Meksikalı nazir: Mexikonun tarixi mərkəzinin bərpası prioritetdir
20.05.2026 13:50 Xarici siyasət

“700 illik tarixə malik Mexiko şəhərinin tarixi mərkəzinin yenidən canlandırılması şəhərin əsas prioritetlərindən biri hesab olunur”.

TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mədəni irsə yeni baxış və inklüziv şəhər yenilənməsi” adlı xüsusi sessiyada çıxışı zamanı Meksika şəhərinin mənzil naziri İnti Munoz deyib.

O qeyd edib ki, Mexiko şəhərinin tarixi mərkəzi qədim asteklərin Tenoçtitlan şəhərinin təməli üzərində formalaşıb və burada müxtəlif dövrlərin izləri qorunub saxlanılır: 

“Bu ərazidə müstəmləkə dövrünün şəhər planı, XX əsr memarlığı və müasir memarlıq üslubları bir arada mövcuddur. Tarixi mərkəz bu gün də olduqca canlı ərazi olaraq qalır və hər gün təxminən 1,5 milyon ziyarətçi qəbul edir. XIX əsrin sonlarında bütün Mexiko şəhəri əsasən bu ərazidə yerləşirdi və burada 300 minə yaxın insan yaşayırdı. Hazırda isə tarixi mərkəzdə cəmi 30 min sakin qalıb”.

Nazir vurğulayıb ki, tarixi mərkəzin yenidən məskunlaşdırılması şəhərin yenilənmə gündəliyində əsas yer tutur: 

“Bir dövr biz düşünürdük ki, tarixi mərkəz tamamilə itirilib. Çünki XX əsrin sonlarında bu ərazi tərk edilmiş və əhalisini itirmişdi. Meksikada demokratiyanın inkişafı ilə birlikdə tarixi mərkəzin bərpası şəhərin ictimai siyasətində əsas prioritetlərdən birinə çevrilib.

İ.Munoz əlavə edib ki, son 30 ildə davamlı şəkildə həyata keçirilən siyasət nəticəsində artıq tarixi mərkəzin yenilənməsi üzrə xüsusi model formalaşıb.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Все новости