İƏT Baş prokurorlarının "Daşkənd Bəyannaməsi” qəbul olundu

İƏT Baş prokurorlarının "Daşkənd Bəyannaməsi” qəbul olundu
26.09.2025 12:11 Xarici siyasət

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda rəsmi səfərdə olub.

Bu barədə Baş Prokurorluqdan TodayPress TV-yə verilən xəbərə görə, nümayəndə heyəti Ümummilli Lideri Heydər Əliyevin şərəfinə Özbəkistanın Daşkənd şəhərində salınmış meydanı ziyarət edib.

Daha sonra nümayəndə heyəti, ölkəmizin Özbəkistan Respublikasındakı səfirliyinə gələrək, səfirliyin əməkdaşları ilə görüşüb. Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Baş prokurorlarının Daşkənddə keçirilən 6-cı iclasında iştirak edib.

Baş prokuror çıxışında ekologiya və ətraf mühitin qorunması sahəsində qanunun aliliyinin təmin olunmasında prokurorluq orqanlarının roluna toxunaraq, ekoloji cinayətlərin qlobal problemə çevrildiyini vurğulayıb. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər, xüsusilə də COP29-un Bakıda uğurla təşkil olunması və “Baku Call to Action” təşəbbüsünün qəbul edilməsinin regional və beynəlxalq əməkdaşlıq üçün əhəmiyyətli hüquqi əsas yaratdığı diqqətə çatdırılıb.

Baş prokuror həmçinin bildirib ki, Azərbaycanın Baş Prokurorluğu dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində ekoloji qanunvericiliyin icrasına nəzarəti həyata keçirir, təbiətə vurulan ziyanın aradan qaldırılmasını təmin edir və bu sahədə beynəlxalq tərəfdaşlarla təcrübə mübadiləsinə xüsusi önəm verir.

Vurğulanıb ki, Xəzəryanı ölkələr kimi, Xəzər dənizinin ekologiyasına qarşı törədilən cinayətlərlə mübarizədə də birgə səylərin gücləndirilməsi vacibdir.

Tədbir çərçivəsində həmçinin “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 6-cı iclasının Daşkənd Bəyannaməsi” qəbul olunub.

Bəyannamədə üzv dövlətlərin prokurorluq orqanlarının cinayətkarlıqla, xüsusilə korrupsiya və ekoloji cinayətlərlə mübarizədə rolunun gücləndirilməsi, kiber və maliyyə cinayətlərinə qarşı regional əməkdaşlığın artırılması, həmçinin davamlı inkişaf və ətraf mühitin qorunması sahəsində birgə fəaliyyətin vacibliyi vurğulanıb.

Səfər zamanı Baş prokuror tərəfindən xarici həmkarlarla ikitərəfli görüşlər də keçirilib.

Tacikistan Respublikasının Baş prokuroru Həbibullo Vohidzoda ilə ikitərəfli görüş keçirilib.

Görüşdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər, hüquq mühafizə orqanlarının əməkdaşlığı, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər transsərhəd cinayətkarlıq və digər çağırışlarla mübarizədə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

İran İslam Respublikasının nümayəndə heyəti ilə keçirilmiş görüşdə hər iki ölkənin prokurorluq orqanları arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və hüquqi yardım mexanizmlərinin səmərəli tətbiqi məsələləri müzakirə olunub.

Tərəflər həmçinin regional sabitliyin möhkəmləndirilməsi, terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər transmilli cinayətlərlə mübarizə sahəsində birgə addımların əhəmiyyətini xüsusi vurğulayıblar.

İkitərəfli görüşlərdə, həmçinin, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, korrupsiya cinayətləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin səfəri başa çatıb.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 Bütün Xəbərlər