“Euronews”: Bakıdakı WUF13-ün bu günə qədər keçirilən ən böyük sessiya olacağı gözlənilir

“Euronews”: Bakıdakı WUF13-ün bu günə qədər keçirilən ən böyük sessiya olacağı gözlənilir
17.05.2026 14:00 Xarici siyasət

Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) qlobal mənzil böhranı, dayanıqlı urbanizasiya və təhlükəsiz şəhərlərin qurulması məsələləri əsas müzakirə mövzuları olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “Euronews” telekanalının WUF13-lə bağlı hazırladığı materialda bildirilir. Qeyd edilir ki, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) məlumatına görə, hazırda dünyada 1 milyarddan çox insan gecəqondularda və yaxud qeyri-formal yerlərdə yaşayır. Təşkilat xəbərdarlıq edir ki, təxirəsalınmaz tədbirlər görülməzsə, 2050-ci ilə qədər gecəqondularda yaşayan insanların sayı 3 milyarda çata bilər.

BMT Məskunlaşma Proqramının Azərbaycandakı Ofisinin rəhbəri Anna Soavenin sözlərinə görə, mənzil məsələsi şəhərlərin gələcəyi, iqlim dəyişikliklərinə davamlılıq, sosial-iqtisadi rifah və həyat keyfiyyəti ilə birbaşa əlaqələndirilir. O bildirib ki, forum hökumətlər, şəhər rəhbərləri, ekspertlər, biznes dairələri və vətəndaş cəmiyyəti üçün praktik həllərin müzakirəsi baxımından mühüm platformadır.

Bildirilir ki, WUF13-ə ev sahibliyi etmək Azərbaycan üçün yenidənqurma, şəhərsalma və mənzil sektorunda dayanıqlılıq mövzusunda beynəlxalq müzakirələrə qoşulmaq, həmçinin qlobal arenada öz mövqeyini nümayiş etdirmək baxımından böyük imkandır.

Materialda Bakının WUF13 üçün uyğun məkan olduğu xüsusi vurğulanır. İsveçrənin memarlıq və şəhərsalma üzrə ixtisaslaşmış “SA Partners” şirkətinin təsisçi tərəfdaşı Tomas Kovari bildirib ki, Bakı tarixi irsi qorumaqla yanaşı, sürətli modernləşmə və innovativ şəhər inkişafını özündə birləşdirən şəhərdir, bu baxımdan da WUF13 üçün uyğun bir məkandır.

Həmçinin Azərbaycanın xüsusilə Qarabağ bölgəsində həyata keçirdiyi yenidənqurma layihələrinin də diqqət çəkdiyi qeyd olunur. Bildirilir ki, ölkə həmin ərazilərdə dayanıqlılıq, əlverişli mənzil və “ağıllı şəhər” prinsiplərini tətbiq etməklə postmünaqişə dövründə bərpa sahəsində mühüm təcrübə formalaşdırır.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov telekanala açıqlamasında forumun Azərbaycana beynəlxalq etimadın göstəricisi olduğunu bildirib. Onun sözlərinə görə, tədbir ölkənin qlobal tədbirlərin keçirildiyi regional mərkəz kimi mövqeyini daha da gücləndirəcək.

Qeyd edilir ki, WUF13 çərçivəsində sosial mənzil, torpaq hüquqları, şəhər maliyyələşdirilməsi, iqlim dəyişikliklərinə davamlılıq, rəqəmsal şəhərsalma və ictimai nəqliyyatın inteqrasiyası kimi məsələlər də müzakirə olunacaq.

Vurğulanır ki, Bakıdakı WUF13-ün bu günə qədər keçirilən ən böyük sessiya olacağı gözlənilir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Все новости