Əli Nağıyev Gürcüstanda rəsmi səfərdə oldu

Əli Nağıyev Gürcüstanda rəsmi səfərdə oldu
25.10.2025 17:55 Xarici siyasət

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Mamuka Mdinaradze Tbilisidə rəsmi səfərdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevi qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərini, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlmiş gələcək təşəbbüsləri müzakirə ediblər.

Tərəflər informasiya və təcrübə mübadiləsinin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, iki ölkənin təhlükəsizlik orqanları arasında möhkəm əməkdaşlıq həm ikitərəfli münasibətlərin inkişafına, həm də regionda sülh və sabitliyin qorunmasına mühüm töhfə verir. Görüş zamanı regionda baş verən proseslər və mövcud problemlər də diqqət mərkəzində olub.

Mamuka Mdinaradze Gürcüstana səfərinə görə Əli Nağıyevə təşəkkürünü bildirib və bu səfərin iki dövlətin qurumları arasında əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən görüşdə həmçinin hər iki ölkənin təhlükəsizlik orqanlarının rəhbərlərinin müavinləri və struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Görüşdən sonra Mamuka Mdinaradze və Əli Nağıyev Ümummilli Lider Heydər Əliyevin abidəsinin və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar.

TodayPress TV

FOTOLAR

Əli Nağıyev Gürcüstanda rəsmi səfərdə oldu — 1
Əli Nağıyev Gürcüstanda rəsmi səfərdə oldu — 2
Əli Nağıyev Gürcüstanda rəsmi səfərdə oldu — 3
Əli Nağıyev Gürcüstanda rəsmi səfərdə oldu — 4
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər