Çinin hərbi attaşesi: "Azərbaycanla hərbi əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək"

Çinin hərbi attaşesi: "Azərbaycanla hərbi əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək"
29.07.2025 20:50 Xarici siyasət

Çin və Azərbaycan arasında hərbi əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək və yeni zirvələrə çatacaq.

TodayPress TV xəbər verir ki, bunu Çinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Sun Çjun Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 98-ci ildönümü və ölkənin Yaponiya işğalından azad edilməsinin 80 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, diplomatik münasibətlər qurulandan bəri iki ölkə arasında hərbi əlaqələr ardıcıl olaraq möhkəmlənib, ikitərəfli əməkdaşlıq üçün mühüm bazaya çevrilib.

“Biz yüksək səviyyəli mübadilə, hərbi-texniki əməkdaşlıq, o cümlədən hərbi kadrların hazırlanması və təhsili sahələrində bir sıra əməli və səmərəli tədbirlər həyata keçirmişik. Bu əməkdaşlıq təkcə hərbi qulluqçularımızın peşəkarlıq səviyyəsini yüksəltməyib, həm də Çin və Azərbaycan silahlı qüvvələri arasında qarşılıqlı anlaşma və etimadı dərinləşdirib”, - polkovnik vurğulayıb.

Sun Çjun qeyd edib ki, son vaxtlar Çin Xalq Respublikasının sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında əldə olunmuş mühüm konsensus müdafiə sektorunda əməkdaşlığın inkişafına əlavə təkan verəcək.

“Hərbi attaşe kimi mən tam əminəm ki, iki ölkə liderlərinin rəhbərliyi altında və tərəflərin birgə səyləri ilə Çin-Azərbaycan hərbi əməkdaşlığı daha da möhtəşəm nəticələr əldə edəcək”, - o əlavə edib.

XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər