Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans təşkil olundu

Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans təşkil olundu
09.10.2025 10:30 Xarici siyasət

Oktyabrın 9-da Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) təşkilatçılığı və müvafiq sahədə fəaliyyət göstərən təsisatların nümayəndələrinin iştirakı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda növbəti beynəlxalq konfrans keçirilib.

TodayPress TV xəbər verir ki, öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciəti oxunmuş, daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Dövlət Komissiyasının sədri Əli Nağıyev çıxış edib.

Xidmət rəisi itkin düşmüş şəxslərlə bağlı artıq üçüncü ildir təşkil olunan beynəlxalq tədbirin məqsəd və əhəmiyyəti barədə məlumat vermiş, Prezident İlham Əliyevə konfransın keçirilməsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirərək, itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması məsələsində dövlətimizin başçısının qətiyyətli və prinsipial mövqeyini qeyd edib.

Hazırda Dövlət Komissiyasında 3990 nəfərin itkin şəxs kimi qeydiyyata alındığını, bu vaxtadək işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntılar zamanı aşkarlanmış 29 kütləvi məzarlıqdan 218 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqlarının müəyyən olunaraq ekshumasiya edildiyini vurğulayan DTX-nin rəisi Əli Nağıyev itkin düşmüş şəxslərdən artıq 187 nəfərinin şəxsiyyətinin eyniləşdirilərək ailələrinə təhvil verildiyini, habelə axtarış-qazıntı işləri nəticəsində Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində növbəti kütləvi məzarlığın aşkarlandığını diqqətə çatdırıb.

Dövlət Komissiyasının sədri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində paraflanmış “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” layihəsinin 9-cu maddəsinin itkin şəxslərin taleyinin müəyyən edilməsi sahəsində qarşılıqlı fəaliyyətin həyata keçirilməsini nəzərdə tutduğunu, Azərbaycanın və Ermənistanın aidiyyəti dövlət komissiyaları arasında son vaxtlarda mütəmadi əsasda davam edən təmasların, həmçinin müvafiq beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsinin bu işə töhfə vərəcəyinə ümidvar olduğunu deyib.

Sonra konfransın mövzusu ilə bağlı digər iştirakçılar çıxış etmiş və panel sessiyalar olmuş, Dövlət Komissiyası ilə Bosniya və Herseqovinanın İtkin düşmüş şəxslər İnstitutu arasında əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər