Bahar Muradova Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri ilə görüşdü

Bahar Muradova Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri ilə görüşdü
25.06.2025 14:24 Xarici siyasət

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Muhəmməd Əl Bluşi ilə qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə edib.

TodayPress TV xəbər verir ki, Dövlət Komitəsinin sədri Azərbaycanla BƏƏ arasında münasibətlərin ortaq tarixi, milli və mədəni dəyərlərə əsaslanan, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda inkişaf edən, yüksək səviyyəli tərəfdaşlıq xarakteri daşıdığını bildirib.

B.Muradova son illər ərzində iki ölkə arasında iqtisadi, ticari, siyasi əlaqələrin dinamikasının müsbət istiqamətdə dəyişdiyini, bir sıra strateji sahələrdə – xüsusilə də yaşıl enerji və rəqəmsal texnologiyalar sahəsində mühüm əməkdaşlıqlar qurulduğunu deyib. O əlavə edib ki, bu uğurlar təkcə iki ölkənin deyil, eyni zamanda regionun inkişafına və rifahına xidmət edir.

BƏƏ səfiri iki ölkə arasında mövcud olan yüksək səviyyəli ikitərəfli münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Muhəmməd Əl Bluşi Azərbaycan və BƏƏ dövlət başçılarının qarşılıqlı səfərləri və görüşlərinin, xüsusilə də COP29 ərəfəsində keçirilən yüksək səviyyəli görüşlərin ticari, iqtisadi və mədəni sahələrdə artan mübadilənin daha da dərinləşməsinə təkan verdiyini qeyd edib.

Görüş çərçivəsində ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, bu istiqamətdə BƏƏ-nin Ailə Müdafiəsi Nazirliyi ilə əlaqələrin qurulması və qarşılıqlı görüşlərin təşkili təklif edilib. Tərəflər bu sahədə təcrübə mübadiləsinin və institusional əməkdaşlığın gələcəkdə hər iki ölkənin sosial siyasətinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

FOTOLAR

Bahar Muradova Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri ilə görüşdü — 1
Bahar Muradova Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri ilə görüşdü — 2
Bahar Muradova Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri ilə görüşdü — 3
Bahar Muradova Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri ilə görüşdü — 4
Bahar Muradova Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri ilə görüşdü — 5
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər