Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı
18.10.2025 11:33 Xarici siyasət

Oktyabrın 17-də Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışı olub.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin tədbirdə iştirak ediblər.

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov səfirliyinin inzibati ofisi barədə məlumat verib. Bildirilib ki, səfirliyin inzibati ofisi Müqəddəs Pyotr Bazilikasına aparan əsas küçə olan Via Conciliazioneda, Vatikanın Apostol Sarayına çox yaxın bir ərazidə yerləşir. Burada Vatikana məxsus rəsmi qurumlar, eləcə də Müqəddəs Taxt-Tacda akkreditə olunmuş bir neçə səfirliyin inzibati ofisləri də yerləşir.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər son illərdə qarşılıqlı maraqlar, hörmət və səmərəli əməkdaşlıq ruhunda yüksələn xəttlə inkişaf edir, bu işbirliyi getdikcə daha da dərinləşir və şaxələndirilir.

Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin çay süfrəsi arxasında ikitərəfli münasibətlərə və beynəlxalq gündəliyə aid məsələlər, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar. .

Müqəddəs Taxt-Tacın dünyada bir milyarddan çox katolik üçün mənəvi və ideoloji mərkəz olduğunu nəzərə alsaq, Azərbaycanın buradakı diplomatik nümayəndəliyinin fəaliyyəti ölkəmizin həqiqətlərini dünya birliyinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycanın Müqəddəs Taxt-Tac yanında səfirliyinin rəsmi təsis edilməsi haqqında Qanunu imzalayıb. 2022-ci ildə İlqar Muxtarov ölkəmizin Müqəddəs Taxt-Tacda ilk rezident səfiri təyin olunub.

TodayPress TV

FOTOLAR

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı — 1
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı — 2
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı — 3
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı — 4
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı — 5
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı — 6
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı — 7
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı — 8
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açıldı — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər