Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirildi

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirildi
28.10.2025 14:24 Xarici siyasət

Bu gün Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib.

Bu barədə Nazirlər Kabinetindən TodayPress TV-yə verilən xəbərə görə, iclasa Azərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirinin müavini, Komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edib.

Tərəflər Azərbaycan və Belarus arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək bildiriblər ki, iki ölkə arasında strateji tərəfdaşlıq, dövlət başçıları – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında formalaşmış qarşılıqlı etimad, səmimi siyasi dialoq və dostluq münasibətləri əsasında inkişaf edir. Qeyd olunub ki, münasibətlərin müqayisəli üstünlüyü məhz müxtəlif sahələr üzrə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın genişlənməsində və yeni birgə layihələrin gerçəkləşdirilməsində özünü göstərir.

Komissiyanın fəaliyyətinin ötən dövr üzrə nəticələri nəzərdən keçirilib, 2024–2025-ci illəri əhatə edən əməkdaşlıq üzrə Yol Xəritəsinin icrası ilə bağlı müzakirələr aparılıb. Sənaye, kənd təsərrüfatı, maşınqayırma, şəhər təsərrüfatı, farmasevtika, peşə təhsili, nəqliyyat-logistika, ticarət və investisiya sahələrində konkret nəticələr və irəliləyişlər qeyd edilib.

Gəncə Avtomobil Zavodunda Belarus tərəfi ilə birlikdə kənd təsərrüfatı və xüsusi təyinatlı texnikanın yığılmasının davam etdirildiyi bildirilib. Qeyd edilib ki, bununla yanaşı, Belarusla lift istehsalı və təchizatı sahəsində uzunmüddətli əməkdaşlıq çərçivəsində Azərbaycanda “Moqilyovliftmaş” ilə lokal istehsalın genişləndirilməsi üzrə işlər davam etdirilir, 2025-ci ildə 200 liftin modernləşdirilməsi və quraşdırılması nəzərdə tutulur.

Azad edilmiş ərazilərdə əməkdaşlıq çərçivəsində Ağdam rayonunun Qızıl Kəngərli kəndində Belarus tərəfi ilə birgə agroşəhər layihəsi üzərində işlərin davam etdiyi, baş planın təsdiqləndiyi və aqrar istehsalat klasterinin yaradılması üzrə işçi qrupun formalaşdırıldığı qeyd olunub. Eyni zamanda, farmasevtika sahəsində Belarus texnologiyasının Azərbaycan ərazisində tətbiqi, dərman və vaksinlərin yerli istehsalına dair əməkdaşlıq istiqamətində müzakirələr yekunlaşma mərhələsində olduğu bildirilib.

Tərəflər peşə təhsili sahəsində əməkdaşlığı da mühüm istiqamət kimi dəyərləndiriblər. 2024–2025-ci illər üçün Birgə Fəaliyyət Planının icrasının davam etdiyini, Bakıda “Qida texnologiyası” ixtisası üzrə Belarus tədris modeli əsasında kadr hazırlığı həyata keçiriləcəyini vurğulayıblar.

Eyni zamanda, Azərbaycan şirkətlərinin Belarus iqtisadiyyatının inkişafına öz töhfələrini verdiyi qeyd edilib.

İclasda iki ölkə arasındakı ticarət dövriyyəsinin dinamikası təhlil edilib. Bildirilib ki, 2024-cü ildə ticarət dövriyyəsi 42% artaraq 506 milyon ABŞ dollarına çatıb. Bununla belə, tərəflər ticarət nomenklaturasının genişləndirilməsi, yeni məhsullar və xidmət qruplarının dövriyyəyə daxil edilməsi və tranzit-logistika imkanlarının daha fəal istifadəsini vacib hesab ediblər.

Mədəniyyət, təhsil, idman və gənclər siyasəti sahələrində əməkdaşlığın inkişaf etdirilməsi də diqqətdə saxlanılıb. Əməkdaşlıq çərçivəsində qarşılıqlı olan mədəniyyət günlərinin keçirilməsi, gənclər forumlarının təşkili və şəhərlər arasında qardaşlaşma təşəbbüslərinin genişləndirilməsinin iki ölkə arasında humanitar əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyi bildirildi.

İclasın yekununda Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair Birgə Protokol imzalanıb. Sənəddə yeni layihələrin icrası, birgə işçi qruplarının fəaliyyətinin koordinasiyası və konkret tədbirlərin həyata keçirilməsi üzrə öhdəliklər əksini tapıb.

Tərəflər bir daha Azərbaycan–Belarus münasibətlərinin strateji xarakterini vurğulayaraq, əməkdaşlığın gələcəkdə də dostluq, qarşılıqlı fayda və dəstək prinsipləri əsasında ardıcıl olaraq genişləndiriləcəyini bəyan ediblər.

TodayPress TV

FOTOLAR

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirildi — 1
Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirildi — 2
Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirildi — 3
Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirildi — 4
Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirildi — 5
Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirildi — 6
Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirildi — 7
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər