Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar
Rüşvət müqabilində səs vermək üçün Rusiyadan Ermənistana gələnlər artıq erməni hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qarşılanırlar. Onlardan bəziləri saxlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə erməni bloger Natali Aleksanyan məlumat yayıb.
“Ermənistan hüquq-mühafizə orqanları əməkdaşlarının əllərində Rusiyada seçki rüşvəti alanların dəqiq siyahıları var.
Rusiyadan gələn və seçki rüşvəti aldığı sübut edilməyən şəxslər dərhal 25 günlük təlim düşərgələrinə göndərilirlər”, - Aleksanyan bildirib.