Turizmdə iqlim dəyişiklikləri mövzusunda konfrans keçirildi

Turizmdə iqlim dəyişiklikləri mövzusunda konfrans keçirildi
06.06.2025 14:21 Turizm

İyunun 6-da BMT Turizmin Avropa Regional Komissiyasının Bakıda keçirilən 71-ci iclası çərçivəsində “Təkandan Yüksəlişə: Turizmdə İqlim Dəyişikliklərinə Qarşı Fəaliyyətin COP29-dan Sonra İrəliləməsi” mövzusunda tematik konfrans təşkil edilib.

TodayPress TV xəbər verir ki, konfransda COP29-dan sonrakı dövrdə turizm sektorunda iqlim tədbirlərini genişləndirmək məqsədilə sektorun milli və qlobal iqlim siyasətlərinə inteqrasiya edilməsi, turizm sektorunda iqlim tədbirlərinin sürətləndirilməsinin zəruriliyi və emissiyaların azaldılması, Avropa regionunda dayanıqlı turizm təcrübələrinin tətbiqinin təşviqi, yaşıl keçid üçün lazımi resursların səfərbər edilməsi məsələləri müzakirə olunub. 

Qeyd olunub ki, Qlazqo Bəyannaməsi və “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” turizm sektorunda dövlət orqanlarını, özəl biznesləri və digər maraqlı tərəfləri karbon emissiyasının azaldılması strategiyaları üzrə hədəfləri qəbul etməyə, bu istiqamətdə tədbirləri dəstəkləməyə təşviq edir. 

Konfransda “Mitiqasiya – Aşağı karbonlu turizmin gələcəyi üçün praktiki addımlar” və “Adaptasiya – Dəyişən iqlimə qarşı turizmin hazırlığı” mövzularında panel sessiyalar keçirilib. 

Panel sessiyalarda turizm sahəsində dekarbonizasiya, emissiyaların ölçülməsi və azaldılması sahəsində praktiki yanaşmalar və real həllər, dəniz səviyyəsinin qalxması, ekstremal hava şəraiti və ekosistemlərin məhv olma təhlükəsi kimi iqlim risklərinin idarə olunması, dayanıqlı infrastrukturlardan istifadə və adaptasiya tədbirlərinin turizm planlaşdırmasına inteqrasiyası yolları ətrafında fikir mübadiləsi aparılıb. 

Panel müzakirələrdə, həmçinin Azərbaycanın turizm sektorunda iqlim dəyişikliklərinə qarşı həyata keçirilən tədbirlər, o cümlədən “Turizm üzrə İqlim Fəaliyyəti Planı”nın hazırlanması və dayanıqlı infrastruktur prinsiplərinin turizmin inkişafında tətbiqi barədə məlumat verilib.

FOTOLAR

Turizmdə iqlim dəyişiklikləri mövzusunda konfrans keçirildi — 1
Turizmdə iqlim dəyişiklikləri mövzusunda konfrans keçirildi — 2
Turizmdə iqlim dəyişiklikləri mövzusunda konfrans keçirildi — 3
Turizmdə iqlim dəyişiklikləri mövzusunda konfrans keçirildi — 4
Turizmdə iqlim dəyişiklikləri mövzusunda konfrans keçirildi — 5
Turizmdə iqlim dəyişiklikləri mövzusunda konfrans keçirildi — 6
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər