İstanbulda hər dayanacaq unudulmaz bir səyahətdir

İstanbulda hər dayanacaq unudulmaz bir səyahətdir
30.07.2025 12:34 Turizm

Bu gün İstanbul təkcə zəngin və ilhamverici tarixi ilə deyil, həm də canlı mədəniyyəti, fərqli şəhər təcrübələri, ləziz mətbəxi, rəngarəng gecə həyatı və geniş alış-veriş imkanları ilə dünyanın ən çox ziyarət edilən yerlərindən biridir.

TodayPress TV xəbər verir ki, Şərq və Qərbi birləşdirən xüsusi mövqeyi sayəsində İstanbul, dünyanın ən önəmli tranzit mərkəzlərindən biridir.

2024-cü ilin göstəricilərinə görə, İstanbul Hava Limanı və Sabiha Gökçən Hava Limanından istifadə edən tranzit sərnişinlərin sayı təxminən 40,5 milyon nəfər olub. Əgər siz də İstanbulda tranzit olaraq vaxt keçirəcəksinizsə və reyslər arasında boş vaxtınız varsa, cəmi 48 saat ərzində şəhərin ən gözəl tərəflərini necə yaşaya biləcəyinizi təqdim edirik.

İstanbulda tranzit zamanı vaxtınız varsa, 48 saat ərzində şəhərin ən gözəl tərəflərini görə bilərsiniz. Günə ənənəvi türk səhər yeməyi ilə başlayıb, erkən saatlarda tarixi yarımadaya yollana bilərsiniz. Sultanahmet Meydanında yerləşən Ayasofyanın möhtəşəm memarlığını seyr etdikdən sonra, yaxınlıqda olan Mavi Məscidin mavi İznik çiniləri və sakit atmosferi sizi valeh edəcək. Bir neçə addımlıq məsafədəki Bazilika Sarnıcı isə yerin altında yerləşən və keçmişin sirli səslərini daşıyan maraqlı bir məkan olaraq gəzintinizə əlavə rəng qatacaq. Tarixlə dolu səhərin sonunda, Sultanahmet köftəsi ilə nahar edərək enerji toplaya bilərsiniz.

Günorta vaxtı isə Topqapı Sarayına gedə  bilərsiniz. Osmanlı imperiyasının idarə mərkəzi olmuş bu sarayda Hərəm, saray mətbəxi və Müqəddəs Əmanətlər otağı ziyarətçilərin ən çox maraq göstərdiyi yerlərdəndir. Daha geniş tarixə baxmaq istəyirsinizsə, yaxınlıqda yerləşən İstanbul Arxeologiya Muzeyində Kadeş müqaviləsi, İsgəndərin sarkofaqı və İştar qapısı kimi nadir əsərləri görə bilərsiniz. Yay aylarında muzey axşam saat 10-a qədər açıq olduğundan, ziyarətinizi daha rahat vaxtda həyata keçirə bilərsiniz.

Axşam saatlarında isə İstanbulun məşhur bazarlarını gəzmək yaxşı seçimdir. Minlərlə dükanı ilə Qapalıçarşı əl işləri, suvenirlər və müxtəlif məhsullarla doludur. Yorğun deyilsinizsə, Misir Çarşısına keçib rəngarəng ədviyyatlar, türk şirniyyatları və qurudulmuş meyvələrin dadına baxa bilərsiniz. Günün sonunda isə şəhərin hündür bir yerindən  Boğazın mənzərəsini izləyərək, bir stəkan türk şərabı ilə bu zəngin günü tamamlamaq mümkündür.

İkinci günə Karaköydə təzə və xırtıldayan simitlə və türk çayı ilə başlamaq yaxşı olar. Buradan şəhərin canlı sahil zonasına – Galataporta doğru yürüş edə bilərsiniz. Bu açıq hava kompleksində təkcə kruiz terminalı deyil, həm də qalereyalar, restoranlar, kafelər və butik dükanlar fəaliyyət göstərir. Səhərinizi Boğaz boyunca gəzinti ilə keçirib, kafelərdən birində qəhvə içərək başlayın. Daha sonra Tophane Saat Qülləsini görüb, həmçinin bu ərazidə yerləşən mükafatlı İstanbul Müasir İncəsənət Muzeyini və İstanbul Rəsm və Heykəltəraşlıq Muzeyini ziyarət edə bilərsiniz.

Günorta vaxtı Türkiyənin ilk yeraltı dəmir yolu olan və dünyanın ikinci ən qədim sistemi hesab edilən Tarixi Tuneldən istifadə edib Karaköydən İstiklal küçəsinə keçə bilərsiniz. Galata Qülləsinə çıxaraq möhtəşəm şəhər mənzərəsini izləmək də mümkündür. Qüllə yay aylarında saat 11-ə qədər açıq olur, şəhərin gecə mənzərəsini görmək istəyirsinizsə, ziyarətinizi axşama saxlaya bilərsiniz. Sonra İstiklal küçəsinin canlı atmosferində gəzin — burada məşhur qırmızı tramvay tarixi keçidlər, mağazalar, sənət qalereyaları, muzeylər və restoranlar arasında hərəkət edir. Buradakı lokantalardan birində ev yeməkləri dadmaq, ya da Beyoğlu Balıq Bazarında məşhur küçə yeməkləri – midyə, balıq sandviçləri və turşu suyu sınamaq olar.

Daha sonra Beşiktaşa tərəf yola düşüb, qısa bir Boğaz turuna çıxa bilərsiniz. Şəhərin möhtəşəmliyini su üzərindən izləmək – Osmanlı köşkləri və digər görməli yerlərin yanından keçmək üçün ən yaxşı yollardan biridir.

Axşam isə şəhərin məşhur Michelin ulduzlu restoranlarından birində şam yeməyi ilə günü tamamlayın. Mətbəx seçimləri şəhərin öz qədər zəngindir – Anadolu mətbəxinin yenilikçi təqdimatları, yerli məhsullardan hazırlanan mövsümi yeməklər, dünya mətbəxindən nümunələr və sağlam bitki əsaslı menyular sizi gözləyir. Gecə şəhəri əhatə etdikcə, növbəti İstanbul səfərinizi planlamağa başlamaq üçün əla vaxtdır.

FOTOLAR

İstanbulda hər dayanacaq unudulmaz bir səyahətdir — 1
İstanbulda hər dayanacaq unudulmaz bir səyahətdir — 2
İstanbulda hər dayanacaq unudulmaz bir səyahətdir — 3
İstanbulda hər dayanacaq unudulmaz bir səyahətdir — 4
İstanbulda hər dayanacaq unudulmaz bir səyahətdir — 5
XƏBƏR LENTİ
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 Bütün Xəbərlər