DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olundu

DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olundu
31.10.2025 14:34 Turizm

Oktyabrın 31-də Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və müəssisələrdə aparılan bərpa işləri, həmçinin 2025-ci ilin 9 ayı ərzində qoruq və mədəniyyət müəssisələrini ziyarət edənlərin statistikası təqdim edilib.

TodayPress TV xəbər verir ki, palçıq Vulkanları Turizm Kompleksində baş tutan təqdimatda “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində, o cümlədən qoruqdakı Dairəvi Məbəddə həyata keçirilən bərpa işləri, eləcə də “Kiş” Tarix-Memarlıq Qoruğu ərazisindəki tarixi məsciddə aparılan bərpa işləri haqqında məlumat verilib.

Bildirilib ki, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində də Qoruq evinin inşası tamamlanmaq üzrədir. “Lahıc” DTMQ-da parkinq zonasının yaradılması üzrə işlər davam etdirilir. Eyni zamanda “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda tikinti-bərpa tədbirlərinin yeni mərhələsi çərçivəsində məsciddə, park-muzeydə, həmçinin bəzi obyektlərdə tarixi memarlıq üslubu qorunmaqla işlər aparılır.

Qeyd olunub ki, bu ilin oktyabr ayında Xınalıq kəndi BMT-nin Turizm Təşkilatının “Ən yaxşı turizm kəndi” (“Best Tourism Villages”) siyahısına əlavə olunub ki, bu da "Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu üzrə yeni turizm xidmətləri və məhsullarının formalaşmasına töhfə kimi qiymətləndirilir. Məlumat verilib ki, 2020-ci ildən başlayaraq Xınalıqda abidələrin və evlərin bərpası mərhələli qaydada davam etdirilib, zəruri infrastruktur yaradılıb. Kənd sakinlərinin cəlb edilməsi ilə aparılan bərpa və abadlıq işləri məşğulluq imkanlarının genişlənməsinə şərait yaradıb.

Məlumat verilib ki, Palçıq Vulkanları Turizm Kompleksində azərbaycanlı sənətkarların iştirakı ilə milli suvenirlərin hazırlanmasına başlanılıb. Həmçinin kompleksin ərazisindəki palçıq vulkanlarının əsas hissəsində yerləşən qrifon tipli geoloji strukturlarda daha bir neçə palçıq vulkanı yaranıb.

Təqdimatda qoruq və müəssisələri cari ilin 9 ayı ərzində ziyarət edənlərin sayı da açıqlanıb. Məlumat verilib ki, DTA tabeliyində olan qoruqları və muzeyləri 2025-ci ilin 9 ayı üzrə ziyarət edənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 25,71 faiz artım olub. 2025-ci ilin üç rübü ərzində Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqları və mədəniyyət müəssisələrini 159 171 nəfəri yerli, 547 323 nəfəri əcnəbi turist olmaqla 706 494 nəfər ziyarət edib. Göstərilən müddət çərçivəsində qoruqları və mədəniyyət müəssisələrini ziyarət edənlərin 77,47 faizini xarici vətəndaşlar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 faizdən çoxdur.

Ümumilikdə 2025-ci ilin 9 ayı üzrə bilet satışından 4 821 346 manat gəlir əldə edilib.

TodayPress TV

FOTOLAR

DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olundu — 1
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olundu — 2
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olundu — 3
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olundu — 4
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olundu — 5
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olundu — 6
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olundu — 7
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olundu — 8
XƏBƏR LENTİ
01 IYUN 2026
Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Bütün Xəbərlər