Xətkeşlə çəkilən xəritəyə YENİ BAXIŞ – Kim kimi seçəcək?

Xətkeşlə çəkilən xəritəyə YENİ BAXIŞ – Kim kimi seçəcək?
11.03.2026 17:26 Аналитика

ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı İranın gələcək siyasi-coğrafi taleyi ilə bağlı diqqətçəkən açıqlama verib. 


Ona ünvanlanan “Amerikanın hücumundan sonra İranın xəritəsi əvvəlki kimi qalacaqmı?” sualına Tramp “Deyə bilmərəm. Düşünürəm ki, yox” cavabını verib.

Bu qısa, lakin son dərəcə mühüm ifadə əslində Vaşinqtonun bölgə ilə bağlı mümkün planları barədə ciddi suallar doğurur. 

ABŞ Prezidenti açıq şəkildə İranın mövcud sərhədlərinin və ya siyasi quruluşunun dəyişə biləcəyi ehtimalını istisna etmir. Bu isə müharibənin yalnız hərbi deyil, həm də geosiyasi nəticələrinin ola biləcəyinə işarə edir.

Bəs Tramp bu eyhamı ilə nəyi nəzərdə tutur? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Fəqani Məhərrəmli bildirib ki, ABŞ–İsrail ilə İran arasında davam edən qarşıdurmanın uzun sürəcəyi və dünyanın müxtəlif bölgələrində gərginlikləri daha da şiddətləndirəcəyi ehtimalı olduqca yüksəkdir. 


“ABŞ Prezidenti Donald Trampın bu savaşın sonunda İranın siyasi xəritəsinin dəyişə biləcəyi ilə bağlı səsləndirdiyi fikirlər də bir daha deməyə əsas verir ki, Yaxın Şərq ölkələri bu müharibənin nəticələrindən doğacaq yeni reallıqları qəbul etmək məcburiyyəti ilə üz-üzə qala bilərlər”.  

F.Məhərrəmlinin sözlərinə görə, uzun illərdir, beynəlxalq elmi və siyasi dairələrdə “Böyük Orta Şərq” layihəsi geniş müzakirə mövzusu kimi gündəmdədir:


“Onsuz da Yaxın Şərqin bugünkü xəritəsi Birinci Dünya müharibəsinin qalib dövlətləri tərəfindən xətkeşlə çəkilmişdi və indi — yüz ildən sonra həmin xəritənin yenidən şəkilləndirilməsinə cəhd edildiyi barədə fikirlər getdikcə daha çox səslənir”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir,yağış yağa bilər 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Все новости