Vaşinqtonda tarixi razılaşma Türk Dünyasına hansı töhfələri verəcək? - POLİTOLOQ AÇIQLADI

Vaşinqtonda tarixi razılaşma Türk Dünyasına hansı töhfələri verəcək? - POLİTOLOQ AÇIQLADI
08.08.2025 12:38 Təhlil

"Vaşinqtonda Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında keçirilən görüşün nəticələri təkcə iki ölkə üçün deyil, həm də Türk Dövlətləri Təşkilatı, Orta Asiya Respublikaları və Cənubi Qafqaz üçün əhəmiyyətli ola bilər".

Politoloq Yusif Bağırzadə bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, görüş çərçivəsində ABŞ-Azərbaycan və ABŞ-Ermənistan arasında strateji, iqtisadi və siyasi sənədlərin imzalanması nəzərdə tutulur. Artıq ilk mühüm razılaşma əldə edilib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun iştirakı ilə “ExxonMobil” şirkəti və Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında müqavilə imzalanıb.

"Əsas məsələ bundan ibarətdir ki, bu görüş əsnasında Azərbaycan və Ermənistan arasında sülh imzalana bilər. Belə ki, hər iki tərəf ATƏT-ə müraciət edəcək və Minsk qrupu buraxılacaq. Bununla yanaşı, bu günə qədər qüvvədə olan ABŞ-nin Azərbaycana qarşı tətbiq etdiyi  907-ci düzəliş də aradan götürüləcək. Ən əsası odur ki, görüş vaxtı tərəflər regionda Azərbaycanla Ermənistan arasında olan kommunikasiya xətlərinin açılması ilə əlaqədar bəyanatla çıxış edəcəklər. Yəni, ABŞ tərəfindən "Tramp körpüsü" adlandırılan Zəngəzur dəhlizinin açılması prosesi baş verəcək". 

Politoloqun fikrincə, belə olan halda, Qazaxıstan nefti, Türkmənistan qazı və Azərbaycan enerji resurslarının Türkiyə üzərindən Avropaya nəqlinə şərait yaranacaq.

"Tramp körpüsü" yəni Zəngəzur dəhlizi açıldıqdan sonra bu yol öz əhəmiyyətinə görə Trans-Ərəb kommunikasiya xətti kimi də önəmli hesab olunacaq. Belə ki, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Orta Asiya Respublikaları, Qazaxıstan nefti, Türkmənistan qazı eləcə də Azərbaycan neft-qazının Türkiyə üzərindən Avropaya nəqli təmin oluna bilər. Bununla da Türkiyə Rusiya və İran neft-qazından asılığı sıfıra endirilə bilər".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Nazir Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarında (ABŞ) rəsmi səfərdədirlər. Tərəflər arasında Ağ Evdə sülhə dair razılaşma əldə olunacağı gözlənilir.

Türkan İsgəndərli

FOTOLAR

Vaşinqtonda tarixi razılaşma Türk Dünyasına hansı töhfələri verəcək? - POLİTOLOQ AÇIQLADI — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər