Tramp NATO-nu dağıdır? – “Rusiya üçün fürsət”

Tramp NATO-nu dağıdır? – “Rusiya üçün fürsət”
18.03.2026 18:55 Təhlil

ABŞ Prezidenti Donald Tramp NATO-dan çıxa biləcəyini və bunun üçün ona konqresin razılığının lazım olmadığını deyib.

Qeyd edək ki, Tramp bir neçə gün əvvəl NATO-dan Hörmüz boğazının açılmasında kömək istəmişdi.

Maraqlıdır, mövcud durumda ABŞ NATO-dan çıxa bilərmi?

Politoloq Natiq Miri sözügedən məsələni TodayPress TV-yə şərh edib.


O bildirib ki, bunun baş verməsi hazırda real görünmür:

“Trampın açıqlaması sərt ritorikadan başqa bir şey deyil və dolayısı ilə o, digər NATO ölkələrinə təzyiq edir, lakin bu təzyiqin nəticəsi olmayacaq. İrana hərbi müdaxilə İsraillə əvvəlcədən planlaşdırılmış bir əməliyyatdır; NATO və Avropa Birliyi ölkələri bu prosesdə iştirak etməyib və iştirak etmək istəmirlər, çünki Hörmüz boğazına hərbi gəmilərin göndərilməsi İranla birbaşa müharibəyə qoşulmaq deməkdir”.

Analitik hesab edir ki, NATO üzvləri ABŞ-nin bu müharibəsini öz müharibəsi saymamaqda haqlıdırlar:


“Bu, ABŞ rəhbərliyinin hədsiz davranışlarına ciddi bir cavabdır və göstərir ki, onun istədiyi hər şey olmayacaq. Hazırda ABŞ və İsrail Yaxın Şərqdə tək qalıblar və bu, Donald Tramp üçün dərsdir. Davam etsə, ABŞ müttəfiqlərini itirəcək və qlobal səviyyədə təklənəcək.

Rusiya ilə yaxınlaşma siyasətinə gəlincə isə ABŞ-Rusiya iqtisadi əməkdaşlığı Rusiyanı Çinin yanında saxlamaq və Çini təkləmək məqsədini güdür, amma bu, Rusiyanın manevr imkanlarını artıracaq və ikili oyun qabiliyyətini gücləndirəcək", - politoloq əlavə edib.

N.Miri sonda vurğulayıb ki, Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev yeni kursla bağlı açıqlama da verib:


"O, Putinin investisiya nümayəndəsi və bütün məxfi danışıqları aparan şəxsdir. Dimitriyev ABŞ-NATO əlaqələrinin pozulmasını təşviq edir. Bu, Rusiyanın ABŞ və NATO arasındakı körpüləri yandırmaq siyasətinin göstəricisidir. Donald Tramp administrasiyasının siyasəti Rusiyanın bu istəklərinə uyğun görünür, lakin kökündən səhvdir. ABŞ-nin müttəfiqləri artıq açıq şəkildə ABŞ-nin geosiyasi iddialarını təkzib edirlər. Hörmüz boğazına gəmilərin göndərilməməsi bunun bariz nümunəsidir".

Jalə Rövşən


ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Все новости