Təhdidlərə qarşı "ORTAQ YUMRUQ" - TDT toplanır

Təhdidlərə qarşı "ORTAQ YUMRUQ" - TDT toplanır
07.03.2026 12:52 Təhlil

İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək.

İclasa Türkiyə və Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da qatılacaq.

Maraqlıdır, iclasda nələr müzakirə olunacaq? 

"Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü mövzunu TodayPress TV-yə şərh edib. 


O qeyd edib ki,  Türk Dövlətləri Təşkilatının regionda və dünyada cərəyan edən gərgin hadisələr fonunda toplaşması təqdirəlayiq bir haldır:

"Çünki cərəyan edən hadisələr demək olar ki, türk dövlətlərinin sərhədlərində və ya onlara yaxın ərazilərdə baş verir və biz bu hadisələrə biganə qala bilmərik. Söhbət Amerika və İsrailin İrana hücumundan gedir".   

Analitik vurğulayıb ki, bu situasiyada Türk Dövlətləri Təşkilatına üzv olan iki ölkənin – Türkiyə və Azərbaycanın ərazisinə də raket və dron atılıb, onların təhlükəsizliyi təhdid olunur:


“Ona görə də bu təşkilat olaraq üzv dövlətlər, düşünürəm ki, bu məsələni müzakirəyə çıxara bilərlər və çıxarmalıdırlar. Burada Azərbaycana və Türkiyəyə dəstək ifadə oluna bilər və olunmalıdır.  Biz bu təşkilatları və birlikləri ona görə qururuq ki, çətin günlərdə və mürəkkəb situasiyalarda bir-birimizə dəstək olaq. İndi bundan daha çətin məqam təsəvvür etmək çətindir. Çünki Azərbaycan və Türkiyə əraziləri İran ərazisindən hücum və təhdidlərə məruz qalmaqdadır”. 

Mübariz Göyüşlü diqqətə çatdırıb ki, Türk Dövlətləri Təşkilatı təhdidlər qarşısında həmrəylik göstərməlidir: 

"Belə bir məqamda düşünürəm ki, TDT buna münasibət bildirməli və həmrəylik göstərməlidir. Hər kəs də görməlidir ki, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr və təşkilat özü yalnız xoş günlərdə, iqtisadi və ticarət məsələlərində deyil, həm də təhlükəsizlik, sülh, ərazi bütövlüyü və suverenliyə təhdid yarandığı məqamlarda bir araya gələ bilir və birlik nümayiş etdirir".   

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının əsas məqsədi türk dövlətləri arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türk dövlətləri başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Daha sonra Özbəkistan da bu təşkilata qoşulub. Türkmənistan və Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi ölkə qismində təmsil olunurlar. 

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 Все новости