Tarixi mərhələ SONLANDI: Minsk qrupu buraxıldı!

Tarixi mərhələ SONLANDI: Minsk qrupu buraxıldı!
01.09.2025 17:18 Təhlil

"ATƏT-in Minsk qrupunun buraxılması uzun tarixi mərhələnin sonlanmasının rəsmi təsdiqi oldu. Bu, Azərbaycan və Ermənistan arasında illərlə mövcud olmuş müharibə vəziyyətinin başa çatdığının da mesajıdır".

Politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.

Ekspert bu qurumun sülhə necə mane olduğunu izah edib:

"1992-ci il martın 24-də yaradılan Minsk qrupu 2025-ci il sentyabrın 1-də fəaliyyətini dayandırdı. Həmin dövr ərzində münaqişə tərəfləri ilə onlarla görüş keçirildi. Bəzi məqamlarda münaqişənin həllinə çox yaxın olunduğu, yalnız bir-iki razılaşdırılmamış məsələnin qaldığı barədə mesajlar verilsə də, sonda “əgər bir məsələ razılaşdırılmayıbsa, deməli, heç bir məsələ razılaşdırılmayıb” kimi bəyanatlarla bütün proses dalana dirənirdi.

Bir sözlə, ATƏT-in Minsk qrupu Azərbaycan xalqının sülhə olan ümidlərini istismar etdi, onun taleyi ilə oynadı. Qrup üzvləri əsasən şəhərləri gəzməklə, müxtəlif tədbirlərdə yeyib-içməklə məşğul oldular. Heç vaxt Azərbaycan xalqının yaşadığı əzablara son qoymaq üçün real və konstruktiv addımlar atmadılar. Əksinə, “problemin müharibə yolu ilə həllinin mümkün olmadığını” təkrar-təkrar vurğulamaqdan başqa iş görmədilər".

Siyasətçi Azərbaycanın məsələni onların diktə etdiyi kimi deyil, öz istədiyi kimi həll etdiyini və yeni reallıqlar yaratdığını vurğulayıb.

Bununla belə, Minsk qrupunun üzvləri, xüsusən də Fransa vasitəçilikdən əl çəkmək istəməyib.

"Azərbaycana səfərləri zamanı Prezident İlham Əliyev onların artıq “təqaüdə çıxmaq vaxtının çatdığını” ironiya ilə qeyd etmişdi. Nəhayət, avqustun 8-i Vaşinqtonda imzalanan müqavilədən sonra ATƏT-in Minsk qrupunun buraxılması hər iki ölkə tərəfindən rəsmi şəkildə elan olundu. Hesab edirəm ki, bu qərarla regionda qarşıdurma dövrü tarixin səhifələrinə qovuşdu. Azərbaycan və Ermənistan bundan sonra vasitəçilərsiz, birbaşa danışıqlar apararaq problemlərini özləri həll edəcəklər", - analitik əlavə edib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, 2025-ci il sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub.

Bildirilib ki, qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə sentyabrın 1-dən etibarən xitam verilib.

Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 2025-ci il dekabrın 1-dən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.

Qiymət Mahir

FOTOLAR

Tarixi mərhələ SONLANDI: Minsk qrupu buraxıldı! — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər