Siyasi qeyri-müəyyənlik artır: Paşinyan məğlub olsa….

Siyasi qeyri-müəyyənlik artır: Paşinyan məğlub olsa….
10.06.2025 14:44 Təhlil

“Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətinin 2026-cı il parlament seçkilərində qalib gəlməsi Ermənistanın müstəqillik ambisiyalarını gücləndirəcək, ölkədə siyasi hakimiyyətin möhkəmlənməsinə və Rusiyanın təsirinin zəifləməsinə gətirib çıxaracaq"”.

Politoloq Natiq Miri bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, Ermənistanda 2026-cı il parlament seçkiləri hələlik qeyri-müəyyənlik fonunda davam edir və bu, erməni ictimai rəyində geniş müzakirələrə səbəb olur. Seçkilər ərəfəsində siyasi mübarizə əsasən iki əsas güc mərkəzi arasında gedir.

“Bir tərəfdə Azərbaycanla sülh müqaviləsinin imzalanmasını siyasi kapital kimi istifadə etmək istəyən Nikol Paşinyan hökuməti dayanır. Digər tərəfdə isə, nüfuzunu itirmiş katolikosu xalqın gözündə yenidən bərpa etməklə, dini institusiyalara dövlət nəzarətini artırmaq niyyətində olan qüvvələr var. Paralel olaraq, korrupsiyaya qarşı mübarizə görüntüsü yaradılır, lakin Paşinyan hökumətinin digər sahələrdə ciddi uğurları hələlik görünmür. Doğrudur, suverenlik məsələsində müəyyən irəliləyişlər var. Məsələn, Rusiyanın sərhəd qoşunlarının "Zvarnots" aeroportu və İran-Ermənistan sərhədində erməni sərhədçiləri ilə əvəzlənməsi suveren dövlət olmaq yolunda mühüm addımlardandır. Çünki Paşinyandan əvvəl Ermənistan faktiki olaraq Rusiyanın bir əyaləti kimi fəaliyyət göstərirdi və müstəqillik perspektivi çox məhdud idi. İndi isə müstəqil və suveren dövlət olmaq cəhdləri davam edir”.

Bundan başqa, analitik diqqətə çatdırıb ki, Paşinyanın Avropaya inteqrasiya siyasəti hələ də nəticəsiz qalır, Ermənistan Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İttifaqı kimi qurumlarının orbitində qalmaqda davam edir. Bu da siyasi qeyri-müəyyənliyi artırır. Siyasi arena isə hazırda yeni alternativlərin olmaması ilə xarakterizə olunur. Qarabağ klanına aid Robert Köçəryan və Serj Sarkisyan hələ də geniş ictimaiyyət tərəfindən rədd edilir. Bu səbəbdən yeni, güclü üçüncü siyasi qüvvələrin ortaya çıxması vacibdir, lakin belə bir perspektiv hələ görünmür. 

"Paşinyanın nüfuzu azalmaqdadır, amma onu əvəzləyəcək siyasi liderin olmaması səbəbindən hələlik o əsas siyasi aktordur. Əgər 2026-cı il parlament seçkilərində Paşinyan və onun siyasi bloku qalib gələrsə, bu, onun mövqelərini daha da möhkəmləndirəcək və siyasi hakimiyyətin təsir dairəsini genişləndirəcək. Dövlətin təhlükəsizliyi və hökumətin hökmranlığı tam təmin olunacaq. Həmçinin, Paşinyanın din məsələsində dövlət nəzarətini gücləndirməsi Rusiyanın təsir imkanlarını zəiflədə bilər. Bu halda, Paşinyanın legitimliyi artacaq və daha müstəqil siyasət yürütmək üçün şərait yaradılacaq. Əksinə, əgər o məğlub olsa, siyasi balans dəyişəcək və yeni qarşıdurmalar yarana bilər, lakin hazırda bu ssenari perspektivdə görünmür".

Politoloq sonda bildirib ki, ümumilikdə, sosial-psixoloji və siyasi sahədə köklü dəyişikliklərin yaxın gələcəkdə baş verməsi gözlənilmir. Seçkilərə bir il qalmış Nikol Paşinyanın xalqla əlaqələrini gücləndirməsi və seçki ilində atacağı addımlar onun nüfuzunu müəyyən qədər artırmağa imkan verə bilər.

Qeyd edək ki, Ermənistanın parlament sədri Alen Simonyan parlament seçkilərinin vaxtını açıqlayıb. O bildirib ki, səsvermə 2026-cı il iyunun 7-də keçiriləcək.

Töhfə Səməd

FOTOLAR

Siyasi qeyri-müəyyənlik artır: Paşinyan məğlub olsa…. — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər