Rusiyanı tərk edən Qərb şirkətlərinin gizli fəaliyyəti: Sanksiyalar "gözdən pərdə asır"

Rusiyanı tərk edən Qərb şirkətlərinin gizli fəaliyyəti: Sanksiyalar "gözdən pərdə asır"
16.10.2025 17:40 Təhlil

Avropa Birliyi (AB) səfirləri Rusiyaya qarşı 19-cu sanksiya paketini razılaşdıra bilməyiblər. 

Bu barədə “Politiko” nəşri diplomatik mənbələrə istinadla məlumat yayıb.

“Slovakiya Baş naziri Robert Fitso 14 oktyabrda Avropa Birliyinin Ukrayna ilə bağlı mövqeyini tənqid edərək bildirib ki, İttifaq öz daxili problemlərini həll edə bilmədiyini bu məsələ ilə ört-basdır edir. Avropa Birliyi avtomobil sənayesindəki böhran və enerji daşıyıcılarının qiymət artımı ilə bağlı Avropa Komissiyasına siyasi göstərişlər verməyənədək Rusiyaya qarşı yeni sanksiyaların müzakirəsində iştirak etmək istəmir”, - nəşr yazıb. 

Məsələ isə 17 oktyabrda yenidən müzakirəyə çıxarılacaq.

Maraqlıdır ki, Rusiya qarşısında tətbiq edilən əvvəlki 18 sanksiya paketinin real təsiri nə qədər olub və Avropa Birliyinin sanksiya siyasəti Rusiyanı zəiflətməkdə nə dərəcədə uğurludur?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Avropa Birliyinin Rusiyaya qarşı sanksiya siyasəti təsirini göstərsə də, qarşıya qoyulan hədəflərin səviyyəsindən kifayət qədər uzaqdır: 

"Bu məsələdə əsas faktor Avropa dövlətlərinin sanksiyalara riayət səviyyəsidir. Məlumdur ki, Avropa Birliyinin üzvü olan dövlətlər bu qurumla tərəfdaşlıq edən ölkələrə təzyiq göstərərək, Rusiya ilə iqtisadi-ticarət əlaqələrini məhdudlaşdırmağı və Avropa Birliyinin sanksiyalarına əməl etməyi tələb edirdilər. Lakin Avropa Birliyinin üzvü olmayan ölkələrin belə bir öhdəliyi yoxdur. Son vaxtlar bəzi məlumatlar ortaya çıxıb ki, Avropa Birliyinin tətbiq etdiyi sanksiyaların bir çoxuna hətta üzv ölkələr də riayət etmir, sanksiyaları pozmağa üstünlük verirlər. Məsələn, Avropa Komissiyasının qərarına görə, Avropa Birliyi ölkələri 2026-cı ildə Rusiyadan neft idxalını, 2027-ci ildə isə təbii qaz idxalını dayandırmalıdır. Lakin indiyə qədər bir çox Avropa Birliyi ölkəsi Rusiyadan enerji idxalını davam etdirib. Rusiyanın bəzi dairələrinə görə, Avropa Birliyi ilə enerji ticarəti Rusiya üçün 10 milyardlarla dollar gəlir təmin edib və bu vəsait Ukrayna müharibəsinin maliyyələşdirilməsinə yönəldilib".

Ekspert, həmçinin qeyd edib ki, Qərb sanksiyalarla "gözdən pərdə asır":

"Digər tərəfdən, Aropa Birliyinin sanksiyalarından biri də Rusiyada fəaliyyət göstərən qərb şirkətlərini, xüsusən Avropa məkanına aid şirkətləri Rusiyanı tərk etməyə məcbur etmək idi. Həqiqətən də bir çox Avropa şirkəti Rusiyanı tərk edib, lakin onların bir qismi müxtəlif formalarda Rusiyada fəaliyyətini davam etdirir. Qərb hesabatlarına görə, rəsmi şəkildə Rusiyanı tərk etmiş qərb şirkətlərinin gizli fəaliyyəti Rusiya üçün təxminən 20 milyard dollar gəlir təmin edib".

Analitik sanksiyaların elə təşəbbüskarları tərəfindən pozulmasına diqqət çəkib:

"Bütün bunlar göstərir ki, Rusiyaya qarşı Avropa Birliyinin sanksiyalarının bir çoxu Avropa Birliyi ölkələrinin özləri tərəfindən pozulur. Bu səbəbdən də Avropa Birliyi sanksiya siyasətində ardıcıllıq və qətiyyət göstərmir, o cümlədən yaxın gələcəkdə bu siyasətin Rusiyanın zəiflədilməsində mühüm rol oynayacağı real görünmür. Hesab edirəm ki, ABŞ-nin Ukraynaya ən müasir silahları verməsi Avropa Birliyinin sanksiyalarından daha təsirli ola bilər, nəinki bir çox Qərb ekspertlərinin də etiraf etdiyi, artıq formal xarakter daşıyan sanksiyalar. Hazırda bu məsələ olduqca mübahisəli və mürəkkəb bir situasiya yaradır".

Jalə Rövşən 

TodayPress TV

FOTOLAR

Rusiyanı tərk edən Qərb şirkətlərinin gizli fəaliyyəti: Sanksiyalar "gözdən pərdə asır" — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər