Rusiyadan Ermənistana AÇIQ MESAJ: Minsk kartı yandırılıb!

Rusiyadan Ermənistana AÇIQ MESAJ: Minsk kartı yandırılıb!
02.08.2025 16:15 Təhlil

"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Helsinki Aktının yarım əsri: gözləntilər, reallıq, perspektivlər” adlı məqaləsində ATƏT-in Minsk qrupunun uğursuzluğunu birbaşa vurğulaması ilk növbədə geopolitik mesajdır və konkret auditoriyaya ünvanlanmış siyasi bəyanatdır".

Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə açıqlamasında deyib:

Onun sözlərinə görə, Lavrov burada sadəcə Minsk Qrupunu tənqid etmir:

"Həmçinin o, bu institutun artıq tarixin tozlu arxivinə çevrildiyini deməklə Azərbaycanın illərlə səsləndirdiyi mövqeyini faktiki olaraq təsdiqləyir. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda Bakı dəfələrlə bu mexanizmin fəaliyyət qabiliyyətini itirdiyini, eləcə də Ermənistanın onun vasitəsilə status məsələsini yenidən gündəmə gətirməyə çalışdığını bəyan etmişdi. Lavrovun fikirləri bu arqumentləri açıq şəkildə legitimləşdirir".

Bəs bu bəyanat planlı şəkildə edilib? 

Siyasətçi düşünür ki, diplomatik müstəvidə bu cür yazılar və fikirlər heç vaxt təsadüfi olmur:

"Lavrov xüsusilə münasibətlərin gərgin dövründə bu ifadəni işlədərək, həm Qərbə, həm də Ermənistana bir neçə mesaj göndərir. İlk olaraq bildirir ki, Rusiya Qərbin vasitəçiliyini və təşəbbüslərini rədd edir. Minsk Qrupu ABŞ və Fransanın da içində olduğu üçlük idi. İndi Lavrov bu platformanın artıq olmadığını deyirsə, bu, Qərbin regional roluna birbaşa meydan oxumaqdır.

Eyni zamanda bu, Ermənistana xəbərdarlıqdır. Ermənistanın yenidən Minsk Qrupu kartını oyuna qaytarmaq cəhdlərinə qarşı açıq mesajdır ki, bu kart yandırılıb və artıq keçərli deyil.

Son olaraq, Azərbaycan-Rusiya münasibətlərindəki tarazlığı qorumaq niyyətidir. Moskva bu bəyanatla Bakıya jest edir – göstərir ki, yeni reallığı tanıyır. Həm də Rusiyanın başqa yolu da yoxdur, şərtləri bölgədə biz diktə edirik".

T.İsmayılovun qənaətincə, Lavrovun mesajı, xüsusilə “qərəzsiz vasitəçi” obrazının arxasından verilmiş incə, lakin ciddi geosiyasi siqnaldır. Bu, sadəcə retrospektiv bir dəyərləndirmə deyil, həm də gələcək masalar üçün oyunun qaydalarını diktə etmək cəhdidir. Azərbaycanın bu vəziyyətdə qalib mövqeyinin daha da möhkəmləndiyi açıq-aşkar görünür.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Helsinki Aktının yarım əsri: gözləntilər, reallıq, perspektivlər” adlı məqaləsində Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun uğursuzluğunu vurğulayıb.

Lavrov bildirib ki, ATƏT çərçivəsində fəaliyyət göstərən Minsk qrupu Qarabağda effektiv fəaliyyət göstərə bilməyib. Onun sözlərinə görə, bu struktur münaqişə tərəfləri arasında real dialoq qurmaqda aciz qalıb:

“Minsk qrupu nə dialoqu təmin edə bildi, nə də tərəfləri masa arxasına gətirə bildi. Qərb iştirakçılarının Rusiyayla əməkdaşlıqdan imtina etməsi bu mexanizmi tamamilə mənasız hala gətirdi", – deyə Lavrov qeyd edib.

Qiymət Mahir

FOTOLAR

Rusiyadan Ermənistana AÇIQ MESAJ: Minsk kartı yandırılıb! — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər