Rusiya İran-İsrail münaqişəsinə doğru: ABŞ ilə üz-üzə gələ gəlsə...

Rusiya İran-İsrail münaqişəsinə doğru: ABŞ ilə üz-üzə gələ gəlsə...
20.06.2025 13:23 Təhlil

“Rusiyanın İran-İsrail münaqişəsinə qoşulması hazırda mümkünsüzdür”.

Politoloq Vəli Əlibəyov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, ABŞ-nin İsrailə dəstəyindən bəhs edib:

“Əslində, ABŞ-nin İsrailə açıq dəstək verməsi heç kəs üçün sirr deyil. Bəzi məlumatlara görə, İrana qarşı əməliyyatların ssenarisini İsrail birbaşa ABŞ ilə razılaşdırıb, ABŞ İsrailə bu istiqamətdə lazımi kəşfiyyat və metodiki dəstək göstərib. Amma o da həqiqətdir ki, ABŞ hələ ki, İrana qarşı hücumlarda birbaşa iştirak etmir. Hətta ABŞ bir neçə dəfə bununla bağlı rəsmi açıqlamalar da verib. Buna baxmayaraq, hadisələrin gedişatı onu göstərir ki, İranda hazırkı rejimi yıxmaq üçün İsrailin İranın hava məkanına sahib olması kifayət etməyəcək. Bunun üçün mütləq şəkildə yerüstü əməliyyatlar da həyata keçirilməlidir. İsrail havada nə qədər uğurlu olsa da, yerüstü əməliyyatda bunu təmin edə bilməyəcək. Bunun üçün mütləq şəkildə ABŞ silahlı qüvvələrinin iştirakı vacibdir”. 

Ekspert bildirib ki, Rusiya ABŞ-nin müdaxiləsinin nə ilə nəticələnəcəyini anlayır:

“Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da məhz buna işarə edir. O başa düşür ki, ABŞ-nin hərbi müdaxiləsi vəziyyəti kökündən dəyişər, İran rejimini yıxar və Rusiya öz müttəfiqlərindən birini itirə bilər. Əlbəttə, bu tək Rusiya üçün deyil, regionun digər ölkələri üçün də arzuolunan ssenari deyil. Rusiya da bunu əngəlləmək üçün xarici işlər nazirinin müavini adından belə bir xəbərdarlıq edir”. 

Analitik Rusiyanın İran-İsrail münaqişəsinə qoşulmaq ehtimalını dəyərləndirib:

“Hazırkı vəziyyətdə bu, mümkünsüzdür. Rusiya Ukraynada ilişib qalıb və onu tam məğlubiyyətdən məhz Donald Trampın hakimiyyətə gəlişi xilas edib. Rusiya ABŞ əleyhinə gedərsə, daha böyük məğlubiyyətlə üzləşə bilər və Rusiyanın süqutu sürətlənər”.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-yə xəbərdaqlıq edərək bildirib ki, Vaşinqton İsrailə birbaşa hərbi yardım göndərərsə, bu, bütün vəziyyət üçün köklü sabitliyi pozan addım olacaq.

Qiymət Mahir

FOTOLAR

Rusiya İran-İsrail münaqişəsinə doğru: ABŞ ilə üz-üzə gələ gəlsə... — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər