"Rusiya anlayır ki, Azərbaycanı itirə bilər"

"Rusiya anlayır ki, Azərbaycanı itirə bilər"
04.09.2025 11:55 Təhlil

“Hazırkı mürəkkəb geosiyasi şəraitdə Rusiya üçün Azərbaycanla münasibətlərin pozulması heç də əlverişli deyil. Moskva başa düşür ki, Azərbaycanı itirmək kimi ciddi risklə üzləşib”.

Politoloq, sabiq diplomat Fikrət Sadıqov bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda Rusiya beynəlxalq təcrid vəziyyətindədir:

“Rusiya beynəlxalq təcrid vəziyyətindədir. ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyalara məruz qalır. Digər tərəfdən isə, Ukrayna da dərinləşən və sonu görünməyən bir müharibənin içindədir. Həmçinin Cənubi Qafqazda da ənənəvi müttəfiqi olan Ermənistanı müəyyən qədər itirib. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan üzünü artıq tamamilə Qərbə çevirib. Gürcüstanla isə 2008-ci ildən bəri diplomatik münasibətlər yoxdur. Bu reallıq Rusiya üçün ciddi dərs olmalıdır. Bu dərsdən müəyyən nəticələr çıxarmaq lazımdır".

Analitik bildirir ki, Moskva Azərbaycanla əlaqələrin bərpasında maraqlıdır:

"Uzun illər ərzində Azərbaycan-Rusiya münasibətləri normal olub. Ancaq son gərginliklərin yaranmasında günahkar tərəf əlbəttə ki, Azərbaycan yox, Rusiyadır. Təyyarə insidenti, azərbaycanlılara qarşı hücumlar, işgəncələr, həbslər və s. bütün bunlar münasibətləri korlayan əsas amillərdir". 

Sabiq diplomat diqqətə çatdırıb ki, Rusiya mediası və təbliğat maşını hazırda Azərbaycana qarşı ideoloji müharibə aparır. Əgər Moskva münasibətlərin bərpasında səmimidirsə, təşəbbüs göstərməlidir:

"Biz istər təyyarə məsələsi, istərsə də həbsdə olan azərbaycanlılarla bağlı məsələ olsun, dəfələrlə əsaslı şərtlərimizi irəli sürmüşük. Əgər Rusiya bu şərtlərə diqqətlə yanaşsa, münasibətlərin normallaşması mümkündür. Bu isə Moskvanın öz maraqlarına tam cavab verər. Çünki əgər Rusiya Azərbaycanı itirmək istəmirsə və tərəfdaşlıq münasibətlərini tam qırmaq fikrində deyilsə, onda bizim şərtlərimizi dinləməli və nəticə çıxarmalıdır". 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ilk dəfə Azərbaycanla münasibətlərdən danışıb:

“Ölkələr arasında münasibətlərdə həmişə mövcud vəziyyətə və ya hansısa siyasi vəziyyətə görə müəyyən suallar yaranır. Problemlər var. Bu gün biz prezident Əliyevlə salamlaşdıq, mən onu və xanımını salamladım, bir neçə kəlmə danışdım, amma inanıram ki, əsas məsələ Azərbaycanla Rusiya arasında münasibətlər və onların inkişafında qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq”.

Töhfə Səməd

TodayPress TV

FOTOLAR

"Rusiya anlayır ki, Azərbaycanı itirə bilər" — 1
XƏBƏR LENTİ
02 IYUN 2026
Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 Bütün Xəbərlər