Regionda formalaşan sülhün hansı iqtisadi dividentləri var? - Millət vəkili AÇIQLANDI

Regionda formalaşan sülhün hansı iqtisadi dividentləri var? - Millət vəkili AÇIQLANDI
01.11.2025 14:30 Təhlil

"Gələn həftə Şanlı Zəfərimizin 5-ci ili qeyd olunacaq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev rəhbərliyi ilə güclü xalq-iqtidar birliyi Zəfərə çatmağımızda əsas şərtlərindən oldu. Vətən savaşında qazandığımız Zəfər Azərbaycanın ərazi bütövüyünün və suverenliyinin bərpasına imkan verdi və uzun müddət işğal altında qalan torpaqlarımız azadlığa qovuşdu".  

TodayPress TV xəbər verir ki,  Millət vəkili Vüqar Bayramov bu fikirləri öz "Facebook" hesabında yazıb. 

O, zəfərimiz nəticəsində regionda formalaşan sülhün iqtisadi dividentlərinə diqqət çəkib:

"Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi zəfərdən sonra Cənubi Qafqazda formalaşan yeni düzən Azərbaycanın ərazi bütövlüyü və tam suverenliyi çərçivəsində anlaşmanın əldə edilməsinə imkan yaratdı. Şanlı Zəfərimizin regiona gətirdiyi sülhün starteji, siyasi və təhlükəsizlik aspektləri ilə yanaşı iqtisadi təsirləri də az deyil. Bir müddət öncə “Moody’s” beynəlxalq reytinq agentliyinin qeyd etdiyi kimi, anlaşma regional sabitliyi ilə bağlı narahatlıqları aradan qaldıra və inkişaf yönümlü impulsları, eləcə də xarici sərmayə marağını stimullaşdıra bilər. Qafqazdakı sülh Azərbaycanın müxtəlif sahələrdə iqtisadi inkişafını daha da dəstəkləyə bilər. Belə ki, sülhün regionda daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacağı gözlənilir. Xarici investorlar sülhün əldə edildiyi Qafqaza sərmayə qoyluşlarında daha maraqlı olacaqlar".

Parlamentari vurğulayıb ki, uzun müddət regiona sərmayənin cəlb edilməsinə təsir göstərən faktorlardan biri də konfliktlər olub:

"Azərbaycan Prezidentinin yeni dövrünün yeni hədəflərinə uyğun olaraq qeyri neft-qaz sektoruna daha çox sərmayənin cəlb edilməsi əsas prioritetlərdən biridir. O istiqamətdə də aparıcı ölkələr ilə əməkdaşlığın gücləndirilməsi, daha çox sərmayənin cəlbi istiqamətində işlər həyata keçirilir. Gözlənilir ki, sülh müqaviləsindən sonra xüsusən inkişaf etmiş ölkələr tərəfindən regionda daha çox sərmayənin cəlbinə şərait yaradılacaq.

Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında əlaqələrin yenidən bərpası və Zəngəzur dəhlizinin istifadəyə verilməsi bütövlükdə region üçün yeni inkişaf imkanları demək olacaq. Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Qərb-Şərq nəqliyyat dəhlizlərinə inteqrasiya oluna biləcək. Bu da nəticə etibarilə yeni dəhlizlərin və yeni layihələrin reallaşması üçün bir zəmin yaradır. O baxımdan Zəngəzur dəhlizi Azərbaycan üzərindən daha çox yüklərin daşınması və bütövlükdə, regionun iqtisadi fayda götürməsi üçün mühüm bir imkandır. Çünki Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan üzərindən illik olaraq təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər. Bu da Azərbaycanı beynəxalq yükdaşımalarda regional haba çevrəcək".

Deputat sonda qeyd edib ki, bütövlükdə, Azərbaycanın əldə etdiyi Zəfər daha stabil və  inkişaf etmiş Qafqaza nail olunmasında vacib addım olub. 

Nicat Osman

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər