Ramiz Yunus: "Ukrayna Qərbin şərəfini xilas edir"

Ramiz Yunus: "Ukrayna Qərbin şərəfini xilas edir"
19.08.2025 10:40 Təhlil

"ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna lideri Volodimir Zelenski və onunla birlikdə gələn dəstək qrupu – NATO Baş katibi və Avropanın aparıcı ölkələrinin liderləri arasında keçirilən görüşün həm üstünlükləri, həm də müəyyən çatışmazlıqları mövcuddur".

TodayPress TV xəbər verir ki, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus bunu öz "Facebook" hesabında yazıb.

O, ilk növbədə görüşün müsbət tərəflərinə nəzər yetirib: 

"Bu, şübhəsiz ki, Zelenskinin böyük diplomatik uğurudur. Çünki həm Rusiyanın, həm də Qərbdəki tərəfdarlarının bütün səylərinə baxmayaraq, o, öz inadkarlığı və sınmaz iradəsi ilə Qərbin əsas liderlərini bir masa arxasında toplamağı bacardı. Və bunu da haradasa yox, məhz Ağ Evdə etdi. Beləliklə, yeni bir “Münhen sazişi”nin imzalanmasının qarşısını aldı".

Professor, eyni zamanda görüşün mənfi məqamlarına da toxunub:

"Ağ Evdə bir araya gələn, özlərini “azad dünyanın” liderləri adlandıran siyasətçilər 60 trilyon dollardan çox ümumi daxili məhsula (ÜDM) malik olsalar da, cəmi 2 trilyon dollarlıq iqtisadi gücə sahib olan bir aqressorla bağlı problemi həll etməkdə çətinlik çəkirlər. Onların hamısı ABŞ prezidentilə ünsiyyətdə ehtiyatla davranır, fikirlərini ölçüb-biçərək ifadə edirlər – istər Ukraynaya dəstək məsələsində Vaşinqtonun qeyri-səmimi mövqeyinə, istərsə də Rusiyanın Ukraynaya qarşı uzun illərdir apardığı genişmiqyaslı təcavüz siyasəti qarşısında özlərinin zəif və qərarsız duruşuna münasibətdə. Bəs hanı beynəlxalq hüquq, suverenlik, ərazi bütövlüyü prinsipləri? Bəs necə oldu o ideallar ki, bir vaxtlar postsovet məkanında, o cümlədən Ukraynada xalqlar bu dəyərlər uğrunda barikadalara çıxmışdılar? Məgər anlamırsınız ki, aqressor qarşısındakı qorxaqlığınız və onu dilə tutmaq siyasətinizlə siz təkcə postsovet məkanındakıları deyil, vaxtilə sizə inanmış hər kəsi satırsınız?".

Analitik Ağ Evdə bir masa arxasında toplaşmış Qərb liderləri arasında Uinston Çörçill səviyyəsində siyasi iradə sahibi bir liderin olmamasından təəssüf hissi keçirdiyini də vurğulayıb: 

"Bu missiyanı üzərinə götürən şəxs isə Zelenski oldu. O, 3,5 ildən sonra nəhayət ki, bu liderləri Ağ Evdə bir araya gətirə bildi və bu gün məhz Ukrayna prezidenti açıq şəkildə Qərbin şərəfini xilas edir. Ümid edirəm ki, ABŞ prezidenti və Avropa liderləri bu imkanı əldən verməyəcəklər, çünki Avropa İttifaqı və NATO-nun gələcəyi hazırda məhz Ukraynada müəyyən olunur”. 

Sonda Ramiz Yunus böyük yazıçı Uilyam Şekspirin məşhur sözlərini xatırladıb:

“Kimdə qətiyyətli iradə yoxdursa, onda ağıl da yoxdur”.

Qiymət Mahir

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər