Qərbi Zəngəzurda konsulluq açmaq meyilləri: Ermənistana dəstək, yoxsa...

Qərbi Zəngəzurda konsulluq açmaq meyilləri:  Ermənistana dəstək, yoxsa...
30.05.2025 12:24 Təhlil

“Ölkələrin Qərbi Zəngəzurda konsulluq açmaq istəkləri siyasi konteksdə Ermənistana dəstək kimi qiymətləndirilə bilər”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu bunu TodayPress TV-yə danışarkən deyib.

O, xarici ölkələrin bu ərazidə konsulluq açması üçün zəmin olmadığını bildirib:

“Zəngəzurun Ermənistanda qalan hissəsi nə iqtisadi, nə turizm, nə də infrastruktur baxımından inkişaf edib. Burada xarici ölkələrin konsulluğu və ya fəxri konsulluğunun açılması şərtləri üçün heç bir zəmin yoxdur. Sadəcə Qərbi Zəngəzurdan keçməsi nəzərdə tutulan Zəngəzur dəhlizi bu ərazini cəlbedici edib və siyasiləşdirib”. 

Deputat konsulluq fəaliyyətinin anlamına diqqət çəkib:

“Konsulluq və ya fəxri konsulluq fəaliyyətinin məzmununa diqqət etsək, görəcəyik ki, bu, iş, elm, mədəniyyət adamlarının, tarixçilərin fəxri konsulluq və ya konsulluğu açan ölkənin müvafiq qurumları ilə ünsiyyətinin təşkil olunması və mübadilə prosesinin həyata keçirilməsi xarakteri daşıyır. Göründüyü kimi, 2020-ci ildən sonra Zəngəzurun əhalisinin üçdə biri ümumiyyətlə Qərbi Zəngəzuru tərk edib. Belə olan halda o nəticəyə gəlirik ki, konsulluğun açılması üçün sifariş yoxdur. Ancaq bu, siyasi konteksdə Ermənistana dəstək kimi qiymətləndirilə bilər. Fəxri konsulluq isə ştatdankənar diplomatik fəaliyyətdir. Yəni Fransanın xarici işlər naziri Jan-Noel Barrot Gorusda fəxri konsulluq açmaq istəyirsə, deməli Ermənistan vətəndaşı da fəxri konsul kimi təyin edilə bilər, həmin fəxri konsulun əməkdaşları da Ermənistan vətəndaşı ola bilərlər. Onlar Fransanın Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilməyəcəklər. Sadəcə Fransanın Ermənistandakı səfirliyi ilə mədəni, iqtisadi, elmi, kənd təsərrüfatı, turizm sahələrində və s. qarşılıqda əməkdaşlıq şəraiti formalaşdıra bilərlər. Bu səbəbdən məsələnin daha çox siyasi dəstək xarakteri daşıdığını düşünürəm”.

H.Babaoğlunun sözlərinə görə, Ermənistan xarici partnyorlarını inandıra bilib ki, Azərbaycan münaqişəni öz ərazisindən çıxarıb, indi isə Ermənistanın ərazisinə keçirmək istəyir:

“Ermənistan Baş naziri Nikol Paşinyanın tezisi odur ki, Azərbaycan Qərbi Zəngəzuru münaqişə zonasına çevirməyə çalışır. Görünür, Rusiya və Fransa, hətta mümkündür ki, digər başqa ölkələr də ona dəstək vermək üçün bu prosesdə Ermənistana siyasi havadarlıq etməyə çalışırlar. Azərbaycanın isə belə bir fikri yoxdur. Biz heç bir qonşu ölkə ilə münaqişə və konflikt yaratmaq niyyətində deyilik. Azərbaycana sülh lazımdır və israrla bunu istəyir”.   

Qeyd edək ki, Ermənistan hakimiyyəti Qərbi Zəngəzur (Sünik) bölgəsində Fransanın fəxri konsulluğunun açılması planları barədə razılığa gəlib. Fransanın xarici işlər naziri Jan-Noel Barrot mayın 26-da İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı Gorus şəhərində diplomatik nümayəndəlik açmaq planlarını səsləndirib.

Fransanın Ermənistandakı səfirliyindən verilən məlumata görə, bu, baş konsulluq deyil, fəxri konsulluqdur.

Səfirlikdən bildirilib ki, diplomatik nümayəndəlik yaxın vaxtlarda açılacaq. Rusiya isə artıq Qafanda konsulluq açmaq fikrini bəyan edib. Hətta, İran da eyni istəkdə olduğunu bildirmişdi.

Qiymət Mahir

FOTOLAR

Qərbi Zəngəzurda konsulluq açmaq meyilləri:  Ermənistana dəstək, yoxsa... — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər