Millət vəkili: "Azərbaycanda din üzərindən problem yarada bilməyəcəklər!"

Millət vəkili: "Azərbaycanda din üzərindən problem yarada bilməyəcəklər!"
27.08.2025 17:19 Təhlil

"Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə təriqət məsələsi ilə bağlı ifadə etdiyi mövqe son dərəcə aydın və ölkənin gələcəyi üçün strateji baxımdan olduqca əhəmiyyətlidir. Bu mövqe ciddi şəkildə təbliğ olunmalıdır". 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda dövlətin din sahəsində apardığı siyasət modern və dünyəvi prinsiplərə əsaslanır:

"XXI əsrdə hansı ağılsız və ya anormal insan məzhəb və təriqət üzərindən düşmənçilik yarada bilər? Bu əsrin öz dəyərləri, insan haqları və demokratiya ilə bağlı geniş təsəvvürləri var. Prezident İlham Əliyev də buna işarə edir ki, biz modern, çağdaş dövlətik və burada inanc, vicdan azadlığı sərbəstdir. Eyni zamanda, kiminsə təriqətinə və məzhəbinə görə bölünməsi və yaxud da bir-birinə nifrət bəsləməsi mümkün deyil. Azərbaycanda dövlət siyasəti də məhz bu prinsiplər əsasında həyata keçirilir.

Bəzi xarici ölkələrdən yönəlik ideoloji təsirlər, təriqətçilik meyilləri və parçalanma cəhdləri müşahidə edilsə də, bunlar Azərbaycan cəmiyyətində ciddi qarşılıq tapmır. Bu da onu göstərir ki, Azərbaycanda hansısa ölkənin təsiri ilə məzhəb və ya təriqət düşmənçiliyi vasitəsilə din üzərindən problem yaratmaq mümkün deyil. Cəmiyyətin əksər hissəsi sağlam düşüncəyə malikdir və dövlətin tolerant baxışına uyğun münasibət sərgiləyir. Çünki anlayırlar ki, dinin ən yaxşı şəkildə yaşandığı rejim məhz dünyəvi dövlətdir. Dünyəvi dövlət olmaq Azərbaycanın ən böyük qazancıdır". 

Deputat bildirib ki, dünyəvi dövlət fərdlərin inanc azadlığını qoruyur, lakin bu azadlıq heç vaxt başqalarının hüquqlarını pozmaq və ya dini əsasda ziddiyyət yaratmaq üçün vasitəyə çevrilməməlidir:

"Dünyəvi dövlətin mahiyyəti budur ki, məsələn, başqa bir ölkədə kimsə inəyə ibadət edir. Ona nə qədər izah etsən ki, inəyə ibadət etmək doğru deyil, yalnız bir Allah var və ona inanmalısan, o, yenə də öz inancında qalacaq. Məzhəblər və təriqətlər də belədir. Amma elə dəyərlər var ki, onlar ümumiləşdirici xarakter daşıyır. Yəni sən öz daxilində nəyə inanırsansa inan, amma cəmiyyət modelində artıq tək Allah və onun göndərdiyi kitab əsasında mühakimə yürütməyə məhkumsan. Çünki hər kəs dini öz anladığı şəkildə yaşamağa və başqalarından da bunu tələb etməyə başlasa, bu, cəmiyyətdə ciddi ziddiyyətlərin yaranmasına səbəb ola bilər.

Ona görə də Prezident İlham Əliyevin bu mövqeyi əslində, dünyəvi dövlətin mahiyyətinin daha aydın şəkildə çatdırılması ilə bağlıdır. Yəni, başqa ölkələrdə müşahidə olunan zorakı İslam, insanların məcburi şəkildə başörtüsünə və ibadətə cəlb olunması kimi hallar Azərbaycanda yoxdur. Dində “vəhdət namazı” adlı xüsusi ibadət forması olmasa da, bu cür təşəbbüslər qardaşlıq, birlik və dini münasibətlərin yumşaldılmasına xidmət edirsə, əlbəttə ki, faydalıdır. Bu istiqamətdə xüsusilə Qafqaz Müsəlmanları İdarəsinin Aşura günündə qanvermə aksiyası təşkil etməsi və Şeyxülislam Allahşükür Paşazadənin şəxsən həmin tədbirlərdə iştirak etməsi Azərbaycanda radikal dini baxışların yer tutmasına imkan vermir. Çünki cəmiyyətin böyük çoxluğu dini radikalizmə qarşı çox sərt mövqe sərgiləyir".

Millət vəkili izah edib ki, insan inancını yaşaya, vicdan azadlığı çərçivəsində dəyərlərini qoruya bilər, amma bunu dünyəvi dövlətin çərçivəsini pozmadan, başqalarının hüquqlarına zərər yetirmədən etməlidir. Əgər belə meyllər ortaya çıxarsa, bunun həm dövlətin qanunları, həm də cəmiyyətin ictimai qınağı ilə ciddi şəkildə qarşısı alınacaq. Ona görə də Prezident İlham Əliyevin bu məsələdə qətiyyətlə və açıq şəkildə mövqe ifadə etməsi digərləri üçün də bir referans, yol göstəricidir. 

Fazil Mustafa bu məsələnin bundan sonra da həssaslıqla izlənilməli olduğunu düşünür. Lakin millət vəkili təbliğat məsələsində bir çox hallarda xarici ölkələrin seqmentlərindən geri qaldığımızı deyib. Ona görə də daha savadlı din xadimlərinə, ilahiyyatçı alimlərə ehtiyac var. Onların sayı hazırda elə də çox deyil. 

“İlahiyyat İnstitutu yaradılıb, bir sıra addımlar atılıb. Amma din sahəsində məqsədyönlü fəaliyyət göstərən, təriqət və məzhəb faşizminə qarşı ideoloji müqavimət göstərə bilən alimlərin yetişdirilməsinə xüsusi diqqət ayrılmalıdır. Bu mütəxəssislər radikal axınlara qarşı təsirli təbliğat aparmalı, dini düşüncənin sağlam əsaslar üzərində formalaşmasına xidmət etməlidirlər”, - deyə parlamentari fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bu mövzuya xüsusi toxunaraq təriqət məsələsində Azərbaycanın mövqeyini belə ifadə edib: 

"Azərbaycanlıların mütləq əksəriyyəti üçün təriqət məsələsinin ümumiyyətlə yeri yoxdur, heç 100-cü yerdə də deyil. Azərbaycanlılar etnik qrup kimi İslamın müxtəlif qollarından olan nümayəndələrdən ibarətdir. Lakin biz hamımız etnikliyimizlə, dilimizlə və dövlətimizlə birləşmişik. Təkcə müsəlmanlar deyil, Azərbaycanda digər dinlərin nümayəndələri də özlərini eyni cür hiss edirlər. Müstəqillik dövründə bu sahədə gördüyümüz işlər həmin müsbət tendensiyaları gücləndirməkdən ibarət olub. Azərbaycan şiə və sünni müsəlmanların eyni vaxtda eyni məsciddə ibadət etdikləri az sayda ölkələrdən biridir. Biz fərq qoymuruq. Biz düşünürük ki, müsəlman dünyası üçün ən böyük təhlükə təriqətlərə ayrılmaqdır".

Qiymət Mahir

XƏBƏR LENTİ
02 IYUN 2026
Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Bütün Xəbərlər