Laçın Beynəlxalq Hava Limanı: Dünyaya açılan yeni imkanlar!

Laçın Beynəlxalq Hava Limanı: Dünyaya açılan yeni imkanlar!
29.05.2025 15:25 Təhlil

“Laçın Beynəlxalq Hava Limanının açılması bizə turizmin inkişafını, kapitalın gəlişini, investisiyaların yerləşdirilməsini vəd edir”.

Politoloq Tofiq Abbasov bunu TodayPress TV-yə danışarkən deyib.

O, Laçın Beynəlxalq Hava Limanının üstünlüklərindən bəhs edib:

“Azərbaycan Avrasiyanın ən həssas, strateji baxımdan ən lazımlı bölgəsində nəqliyyat kommunikasiya habı kimi öz imkanlarını genişləndirir. Laçın bizim Qərbə açılan böyük darvazamızdır. O qapının çərçivəsi xeyli böyükdür. Ümumiyyətlə, Azərbaycan Respublikasının taleyi, müqəddəratı üçün Laçının çox böyük hərbi, siyasi, humanitar, sosial, iqtisadi yükü var. Təsadüfi deyil ki, bədnam qonşularımız da həmişə Laçına göz dikirdilər. Bilirik ki, onlar axtoxton millət deyillər, yəni bura sonradan gəlmədirlər. Çox uzun müddət ərzində onlarla dil tapmağa, onlara mülayim yanaşma tətbiq etməyə çalışdıq, ancaq bunu düzgün anlamadılar, özlərinə məxsus zəifliyin təzahürü kimi qəbul etdilər. Nəticədə nə baş verdiyini bilirik. İndi isə Laçın etibarlı tərzdə ixtiyarımızda olan vacib şəhərlərimizdən biridir. O, öz coğrafi imkanlarına görə xaricə açılır. Hava limanının da açılması o deməkdir ki, logistik imkanlarımız genişlənəcək. Digər tərəfdən, bu hava limanı beynəlxalq statusa malikdir deyə xaricdən uçuşlar da olacaq”.

Ekspert açılışda Türkiyə və Pakistan liderlərinin iştirakına da toxunub:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif Laçına gəldilər. Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirildi. Bizim üçün həm bu görüş, həm də şəhərimizin hava darvazaları olduqca əhəmiyyətlidir. Çünki Ermənistanın ucbatından bölgədə iqtisadi zəmində gedən proseslər bir qədər səngiyir. Rəsmi İrəvan bu işlərin hamısında pozucu rol oynayır, çalışır ki, bizim üçün problemlər yaratsın. Bu halda digər ölkələr üçün də avtomatik olaraq problemlər yaradırlar. Ermənistanın bu əyləc funksiyası olmasaydı, bölgə daha rahat nəfəs ala bilərdi, imkanları daha da genişlənərdi. Amma Ermənistanın destruktiv fəaliyyətinə, mövqeyinə baxmayaraq, öz planlarımızı vaxtında yerinə yetiririk və yetirəcəyik də”.

Analitikə görə, Laçının yeni qismində dünyaya açılması bizə turizmin inkişafını, kapitalın gəlişini, investisiyaların yerləşdirilməsini vəd edir:

“Azərbaycan həm də bir növ dünyaya mesaj göndərir ki, biz, iqtisadi zəmində, inteqrasiya proseslərində açıq qapılar siyasətini həyata keçiririk. Bizim imkanlarımız var və onları sizə də təqdim edirik. Siz də bizim imkanlarımızı dəyərləndirərək öz təkliflərinizi verin və gəlin, birlikdə işbirliyi quraq”. 

T. Abbasov Laçın Beynəlxalq Hava Limanının hərbi əhəmiyyətindən də bəhs edib:

“Əlbəttə ki, hərbi cəhətdən də bu, bizim üçün vacib məntəqədir. Birincisi, sərhəd bölgəsində yerləşir, digər tərəfdən, o ərazidən qarşı tərəfdən həmişə təhdid və risklər görmüşük. Odur ki, hər hansı bir təhlükə yaranarsa, elə bu hava limanının imkanlarından istifadə edərək silah-sursat, ərzaq, xüsusi materiallar, tikinti materialları çatdırarıq. Yəni hər bir imkandan istifadə edə bilərik ki, öz qarşımıza qoyduğumuz hədəflərə çataq, öz təhlükəsizliyimizi təmin edək, digər tərəfdən də bütün nəcib işlərə böyük meydan verək. Odur ki, Laçın Hava Limanı bizim üçün çox vacibdir”.

Qeyd edək ki, mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Bu, işğaldan azad olunan ərazilərimizdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır.

Qiymət Mahir

FOTOLAR

Laçın Beynəlxalq Hava Limanı: Dünyaya açılan yeni imkanlar! — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər