İrana mesaj: "Azərbaycanı deyil, Ermənistanı hədəf alın" - POLİTOLOQ

İrana mesaj: "Azərbaycanı deyil, Ermənistanı hədəf alın" - POLİTOLOQ
08.08.2025 19:04 Təhlil

İran rəsmiləri Azərbaycanın “Zəngəzur dəhlizi” layihəsi və xarici siyasəti ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onlar Bakının ABŞ və İsrailin dəstəyi ilə bölgədə geosiyasi dəyişikliklərə cəhd etdiyini iddia edirlər.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Politoloq Natiq Miri bəzi dairələrin Azərbaycana qarşı mövqeyini "sərt və qərəzli" adlandırıb. 

Onun sözlərinə görə, bu cür yanaşmalar Azərbaycan düşmənçiliyindən qaynaqlanır və "xəstə təxəyyülün məhsuludur":

"Adətən bu tip münasibətlər parlament üzvləri, sabiq deputatlar və bəzən də bəzi siyasətşünaslar tərəfindən sərgilənir. Lakin bu, Azərbaycan üçün əhəmiyyət kəsb etmir. İranın hazırkı prezidenti Məsud Pezeşkianın mövqeyi bəllidir. Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində addımlar atılır və Pezeşkian da əməkdaşlığı gücləndirmək üçün bütün qapıları açır".

Politoloq bildirib ki, anti-Azərbaycan ritorikası yeni hal deyil və mahiyyət etibarilə heç nəyi dəyişməyəcək:

"Əgər etiraz varsa, ünvanı səhv salıblar. Etirazı Azərbaycana deyil, Ermənistan hökumətinə etməlidirlər. Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirən 44 kilometrlik yol beynəlxalq hüquqa görə Ermənistana aiddir. Qərarı verəcək tərəf də Ermənistan hökumətidir. Regiona sülh, əməkdaşlıq və iqtisadi inkişaf gətirmək istəyən ABŞ-yə qarşı da çıxıb bəyanatlar versinlər, amma nədənsə bu edilmir".

Siyasi şərhçi əlavə edib ki, artıq layihəyə qarşı maneələrin yaradılması mümkün deyil:

"Qatar gedib. Əgər kimsə mane olmaq istəyirsə, ünvan bəllidir. Bu, Ermənistan hökuməti və 44 kilometrlik yolu operator kimi idarə edən şirkət, yəni dolayısı ilə ABŞ-dir. Onlara şikayət edə bilərlər. Zamanında Pezeşkianın çağırışını dinləyib, layihənin bir hissəsi olsaydılar, bu, İrana qazandırardı. İndi isə İranın prosesdə iştirakı və öz yüklərini daşıması problemli olacaq. Düşünəsi varsa, bu, İranda mövcud olan qaragüruh və xəstə təxəyyüllü qruplardır", - deyə Natiq Miri fikrini sonlandırıb.

Qeyd edək ki, İran parlamentinin nümayəndələri və dini fiqurlar İsrailin Azərbaycandakı mövcudluğunu region üçün təhlükə sayır, rəsmi Tehranın Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləməsini isə strateji səhv kimi qiymətləndirirlər.

Onlar İran hökumətini fəal diplomatik addımlar atmağa və bölgədə balansı bərpa etməyə çağırıblar. 

Türkan İsgəndərli

FOTOLAR

İrana mesaj: "Azərbaycanı deyil, Ermənistanı hədəf alın" - POLİTOLOQ — 1
XƏBƏR LENTİ
02 IYUN 2026
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Bütün Xəbərlər