Ermənistan üçün yeganə nicat yolu: Sülh müqaviləsinin bir addımlığında - DEPUTAT

Ermənistan üçün yeganə nicat yolu: Sülh müqaviləsinin bir addımlığında - DEPUTAT
08.08.2025 12:44 Təhlil

"Azərbaycan və Ermənistan arasında Bakının təşəbbüsü ilə başlanan sülh prosesi çərçivəsində sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində əldə olunmuş ilkin uğurlar, həmçinin sülh müqaviləsinin şərtlərinin razılaşdırılması fonunda bu prosesin məntiqi və uğurlu sonluğuna yaxınlaşması üçün tarixi bir şans yaranıb".

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi haqlı olaraq sülh müqaviləsinin dayanıqlı olması üçün onun hüquqauyğunluğunun təmin edilməsini, yəni mövcud müqavilənin şərtləri ilə ziddiyyət təşkil edən konstitusiya və digər normativ hüquqi aktların müddəalarının aradan qaldırılmasını vacib hesab edir:

"Eyni zamanda, rəsmi Bakı hesab edir ki, Ermənistan Azərbaycanın hərbi-siyasi qələbələri nəticəsində formalaşmış və beynəlxalq hüququn aliliyini ehtiva edən mövcud status-kvonu tanımalı, münaqişənin başa çatması reallığı ilə barışmalıdır. Bunun üçün isə şifahi bəyanatların heç bir önəmi yoxdur. Ermənistan bir zamanlar münaqişənin tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk Qrupunun buraxılmasına dair konkret mövqe ifadə etməklə cari status-kvonu qəbul etdiyini nümayiş etdirə bilər.

Ermənistan dövləti özünün təcavüzkar mahiyyətli milli ideoloji hədəflərindən imtina etməsə və erməni cəmiyyəti revanşist əhval-ruhiyyədən əl çəkməsə də, mövcud vəziyyət göstərir ki, qərb qonşumuz artıq Azərbaycanın geri dönüşü olmayan bir geosiyasi konfiqurasiya formalaşdırdığını anlayır. Ermənistan sülhə mane olduqca, onun dalana dirənmiş və qeyri-suveren dövlət statusu daha da dərinləşir. Üstəlik, Ermənistanı münaqişənin həllindən yayındıran dairələrin heç birinin regionda nə Azərbaycan qarşısında şansı var, nə də bu ölkəyə hər hansı real fayda vəd edə bilər. Bu baxımdan, indiyədək müşahidə olunan müsbət meyillərə əsaslanaraq demək olar ki, Ermənistan süni maneələri və süni müdaxilələri kənara qoyaraq sülhə doğru addım atmalıdır – bu, onun üçün yeganə nicat yoludur".

Parlamentari, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilmiş görüşdə səsləndirilmiş iradəyə istinadən bildirib ki, Ermənistan kənar təsirlərdən azad, müstəqil qərar vermək qətiyyətini nümayiş etdirə bilsə, sülh müqaviləsinin imzalanması tamamilə realdır:

"Bu baxımdan, bölgəyə daha praqmatik yanaşan və Demokratlar administrasiyasından fərqli olaraq, regiondakı maraqlarını münaqişə deyil, sülh və sabitlik şəraitində, əməkdaşlıq müstəvisində görən ABŞ Prezidenti Donald Tramp administrasiyasının təşəbbüsləri dayanıqlı sülh üçün ciddi bir imkana çevrilə bilər. Ermənistan üzərində müxtəlif dövlətlərin təsir imkanları, eləcə də bu ölkə daxilindəki qeyri-sabit vəziyyəti nəzərə aldıqda proqnoz vermək asan olmasa da, ümid etmək olar ki, Vaşinqtonda baş tutacaq görüş sülh istiqamətində ciddi, hətta həlledici addımların atılması ilə nəticələnəcək".

Qeyd edək ki, iyulun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ-nin paytaxtı Vaşinqtonda görüş keçiriləcək.

Qiymət Mahir

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər